Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda koronavirusdan ölənlərin dəfni ilə bağlı rəsmi açıqlama

“Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin dəfni ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahda müzakirələr aparılıb. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələri və razılaşdığı sənədlər var”...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, həmin razılaşmaya əsasən, vəfat edən şəxslərin dəfn edilməsində müəyyən tibbi qaydalar var:

“Koronavirusdan ölən şəxs islami qaydalara uyğun olaraq dəfn olunur, imam iştirak edir və bütün ayinlər icra olunur. Dəfn mərasimində yalnız ailə üzvlərinin iştirakı nəzərdə tutulur”.

Komitə sədri qeyd edib ki, virusdan vəfat edən şəxslərin dəfni ilə məşğul olması üçün imamların siyahıları yerlərdəki məscidlərə göndərilib:

“Həmin imamlar dəfn mərasiminə çağırılır. Məscidlərin hamısında lazımi siyahı üzrə imamlar var”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ən çox oxunanalar