Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda internetə yeni məhdudiyyətlər qoyula bilər

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov internetdə məhdudlaşdırıcı tədbirlərin mümkünlüyünü bildirib


Xeberler.az-ın məlumatına görə, o, bəzi hökumətyönlü KİV-ə müsahibəsində bunu internet medianın son hadisələr barədə şayiələr yayması ilə izah edib.

“Münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə İnternet mediada müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır. Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edirlər. Təəssüf ki, bir çox hallarda internet media sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı, bəzi İnternet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar”, – Ə.Həsənov bildirib.

O, buna nümunə kimi devalvasiyadan sonra bəzi saytların Azərbaycanda “xalq etirazı”nın başlanması, xarici “ekspertlər”ə isnadla Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyi barədə yazılar dərc etdiyini göstərib.
“Bəzi hallarda isə dolların məzənnəsinin astronomik səviyyəyə qalxacağı, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı və s. bu kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın”, – Ə.Həsənov vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar