Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda fransız casus şəbəkəsinin həbs olunmuş üzvləri arasında daha kimlər var? - Yeni detallar...

Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs edilən şəxslərdən biri də Fransanın Azərbaycandakı diplomatik nümayəndəliyində çalışan Azərbaycan vətəndaşı A.Məmmədlidir...

Son günlər Azərbaycanda ifşa olunan fransız casus şəbəkəsi ilə bağlı məsələlər Fransanın aparıcı KİV-lərində geniş müzakirə obyektinə çevrilib. Hətta saxlanılan Martin Rayanın atası müsahibə verərək Fransa kəşfiyyat agentliyini DGSE-ni sərt şəkildə ittiham edib.

Poliqon xəbər verir ki, bu barədə “Observer Online” portalının məlumatında bildirilir. Dünən dərc olunan məqalədə deyilir:

“Məlum olduğu kimi, bu işlə bağlı Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs edilən şəxslərdən biri də Fransanın Azərbaycandakı diplomatik nümayəndəliyində çalışan kəşfiyyat əməkdaşları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşı Martin Rayanla geniş məxfi əlaqələr qurmaqda və Fransa vətəndaşlığı və maddi mükafatlar müqabilində bölgə haqqında lazımi məlumatların toplanması və ötürülməsində iştirak etməkdə ittiham olunur.

Müvafiq yazışmalar Fransanın maraqlarına deyil, zərərinə xidmət etməyə başladı. O da məlum olub ki, hər iki şəxs kəşfiyyatçıların göstərişi ilə dünyanın ən böyük bank şəbəkələrindən biri olan Fransanın “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə əlaqələr qurub, A.Məmmədli “Societe Generale” bankının açılışında iştirak edib. O, həmçinin Azərbaycan banklarında müxbir hesabların açılması və digər məsələlər üzrə banklararası müqavilələrin hazırlanmasında iştirakçı olub.

Məmmədlinin uzun müddət Şimali İrlandiyaya göndərilməsinin səbəbləri hələlik açıqlanmır.

Maraqlıdır ki, “Societe Generale” bankı adı çəkilən şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin ifşasından sonra 2023-cü il dekabrın 7-də Afrikanın 16 ölkəsində fəaliyyətini dayandırıb. Bank minimum itki ilə üzləşmək üçün Konqo, Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filiallarını və törəmə şirkətlərinin əmlakını yerli şirkətlərə satmağa və müxtəlif bəhanələrlə bağlanmasına haqq qazandırmağa çalışır.

Fakt budur ki, ümumi uğursuzluqlar 2017-ci ildən “Societe Generale” bankının təhlükəsizlik üzrə direktoru, istefada olan general, Fransa Silahlı Qüvvələrinin kəşfiyyat və təhlükəsizlik departamentinin keçmiş rəisi Antuan Krosun tutduğu vəzifəyə uyğunluğu ilə bağlı mübahisələrə səbəb olub.

“Societe Generale” milyarder Corc Sorosun 1988-ci ildə bankın məxfi məlumatlarından istifadə edərək səhmlərin icazəsiz alqı-satqısı yolu ilə qeyri-qanuni olaraq milyonlar qazandığı bankdır. Bu bank 2002-ci ildə məhkəmə tərəfindən böyük həcmdə cərimələnib”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Netanyahu Baydendən BCM həbs orderlərinin qarşısını almasını istəyib

Ən çox oxunanalar