Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda eks-polis həbs edildi


Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri həbs edib


Rayonun Polis İdarəsindən ans press-ə bildiriblər ki, polis əməkdaşlarına Əliabad kəndində narkotik vasitə əkilməsi barədə xəbər daxil olub. 

Daxil olan məlumat əsasında polis işçilərinin həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis işçisi Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, iyul ayının 21-də Zaqatalada külli miqdarda narkotik bitki hesab edilən “çətənə kolu (kənəfə) ” aşkarlanaraq dövriyyədən çıxarılmışdı. Həmin bitkilər rayonun Aşağı Tala kəndində aşkarlanmışdı.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kollarını əkib-becərən şəxs Aşağı Tala sakini, 1990-cı l təvəllüdlü Aslan Abdulla oğlu Əzizov həbs edilmişdi.

Aşkarlanan kolların ümümi çəkisi 275 kq olduğu bildirilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Ən çox oxunanalar