Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir

“Azərbaycanda tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır”...

Bunu Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib.

Onun sözlərinə görə, əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır. Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər: “Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar".

Menecer vurğulayıb ki, Azərbaycanda əhalinin 90 faizi fiziki aktiv sayılmır. Sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin 55-56 faizində artıq çəki olduğunu deyən İ. Rakovac bildirib ki, bu göstərici qadınlarda kişilərə nisbətən daha yüksəkdir: "Bu göstərici 2011-ci illə müqayisədə yüksəlib. Təbii ki, növbəti illərdə bunun böyük nəticələri olacaq. Əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir. Bu göstərici 2011-ci illə müqayisədə aşağı düşüb və digər ölkələrdən aşağıdır. Bu hal da sevindiricidir".(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar