Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda autizmli uşaqların ilk festivalı necə keçdi… - Fotolar

Mayın 31-də Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalı təşkil olunub

Tədbirdə autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdirib, cəmiyyətin ayrılmaz bir hissəsi olduqları mesajını veriblər.

"Uşaqların Xoşbəxt Gələcəyi", "Birgə və Sağlam" təşkilatlarının, "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da qatılıb.

AS Şirkətlər Qrupunun “Renessans Palace” layihəsi ilə baş sponsorluq etdiyi I Autizm Mədəniyyət Festivalında uşaqlar pianoda və xor şəklində mahnılar ifa ediblər, podiumda model kimi bacarıqlarını göstəriblər. On nəfər balaca model Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim edib.

Festivala Türkiyədən də istedadlı autizmli uşaqlar qatılıblar. İzmir Autizm Orkestri - İZOT xor qrupu tədbirdə maraqlı proqramla çıxış edib.

Tədbirdə iştirak edən Əməkdar artist Tünzalə Ağayeva və başqaları autizmli uşaqların yanında olduqlarını nümayiş etdiriblər.

Festival çərçivəsində, həmçinin Dövlət Pantomim Teatrının aktyorlarının və cəmiyyətdə tanınan bir sıra peşə sahiblərinin iştirakı ilə “Autizm fərqli və bizdən biri” mövzusunda fləşmob təqdim olunub.Tədbir ərzində autizm barədə qısametrajlı filmlər, sosial çarx, klip göstərilib, bukletlər paylanılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

İsrail Ordusu Hizbullahın raket bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb

Ən çox oxunanalar