Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Yunanıstana təbii qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayır

Azərbaycan Yunanıstana təbii qaz tədarükünün şaxələndirilməsində və ümumilikdə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bu barədə “Report”a açıqlamasında Afinadakı Panteon Universitetinin Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Proqramının direktoru, professor Kostas A.Lavdas bildirib.

Açıqlanan statistikaya görə, 2023-cü ilin birinci rübündə Azərbaycan təbii qazı ilk dəfə olaraq Yunanıstan bazarında Rusiya “mavi yanacağı”nın payını ötüb.

Onun sözlərinə görə, bu gün Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Avropa İttifaqının (Aİ) enerji sahəsinin şaxələndirilməsində əsas amillərdən biridir: “Əlbəttə ki, Almaniya, İtaliya və Macarıstan kimi digər Aİ ölkələri ilə müqayisədə Yunanıstan enerji baxımından Rusiyadan həddən artıq asılı deyil. Lakin o, bu istiqamətdə şaxələndirməni davam etdirməlidir. Bu mənada Azərbaycan mühüm ölkədir”.

K.Lavdas xatırladıb ki, 2020-ci ilin dekabrından Azərbaycandan Yunanıstana və İtaliyaya ilk təbii qaz axını TAP ilə nəql edilib.

“Yunanıstan üçün 2023-cü ilin yanvar ayı əlamətdar hadisə ilə yadda qalıb: o vaxt Sidirokastro vasitəsilə Yunanıstana idxal edilən Rusiya boru kəməri qazının ümumi Yunanıstan idxalında payı 0 %-ə yaxınlaşıb, TAP qazının payı isə 22 %-ə çatıb”, - professor deyib.

Ekspert deyib ki, Aİ ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşması üçün real potensial var və bu, Bakı ilə Afina arasındakı münasibətlərə də aiddir.

Poliqon.info 


Etiket: Təbii qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Ən çox oxunanalar