Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan və Türkiyə hər kəsi regiondakı yeni reallıqdan faydalanmağa dəvət edir” - Ceyhun Bayramov  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana tez-tez gəlir, ancaq ilk dəfə bir dünya lideri işğaldan azad edilən torpaqları, Türk dünyasında xüsusi yeri olan Şuşa şəhərini ziyarət etdi. Orada Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında müttəfiqliq bəyannaməsinə imza atdı. Bu tarixi bir bəyannamədir. Bundan sonra uzun illər haqqında bəhs olunacaq bir bəyannamədir.

Bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsi zamanı bildirib.

“Türkiyə-Azərbaycan münasibətləri Şuşa bəyannaməsi ilə səviyyəcə daha yüksək mərhələyə qədəm qoydu. Yeni inkişaf perspektivlərinin təməli qoyuldu. Burada siyasi, iqtisadi, humanitar, hərbi, müdafiə, Türk dünyasına yönələn mesajlar, Azərbaycan və Türk diasporlarının fəaliyyəti, regionun problemlərinin həllinə dair mesajlar yer alır. Bu bəyannamə sadəcə Azərbaycan və Türkiyəyə deyil, eyni zamanda region ölkələrinə də müsbət təsir göstərəcək. Bu yeni bir reallıqdır. Azərbaycan və Türkiyə hər kəsi bu yeni reallıqdan faydalanmağa dəvət edir. Şuşa bəyannaməsi regionumuzda sülh və tərəqqiyə xidmət edəcək”, - deyə C.Bayramov bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar