Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İtaliya birgə reaktiv təyyarələr istehsal edəcək

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev iyunun 4-də İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Nazirlikdən verilən məlumata görə, Y.Musayev Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla ifadə edib.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərindən və sahə üzrə əldə olunan uğurlardan danışıb.

O, “Leonardo” şirkətinin ötən il Bakıda keçirilən “ADEX-2018” sərgisində iştirakından məmnun olduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılıb. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Nümayəndə heyətinin rəhbəri Lorenzo Mariani səmimi qəbula görə təşəkkürünü bildirib. O qeyd edib ki, “Leonardo” şirkəti Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya - Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir.

Görüşdən sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində olub.

Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar