Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

“Uganda Para Badminton International 2022” turnirində bürünc medal...

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən “Uganda Para Badminton International 2022” turnirində bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından "Report"a verilən məlumata görə, cari ilin avqustundan başlayaraq məşqçi Teymur Abbasovla birgə parabadmintonda ölkəni beynəlxalq arenada təmsil etməyə başlayan idmançı qısa müddət ərzində qatıldığı ikinci turnirdə mükafatçılar sırasında yer almağı bacarıb.

Kişi badmintonçuların şəxsi yarışında qrup mərhələsini ilk sırada başa vuran Əliyev uğurlu çıxışının davamını pley-offda da gətirib.

1/4 finalda Manoj Kumara (Hindistan) 2:0 (21-14,21-12) hesabı ilə qalib gələn badmintonçu ən güclü 4-lüyə yüksəlməklə bürünc medalı təmin edib.

Yarımfinalda turnirin reytinq favoritlərindən sayılan hindistanlı Natarajan Zillaiyə 0:2 (11-21,16-21) hesabı ilə uduzan Azərbaycan təmsilçisi Uganda Para Badminton International 2022” turnirində bürünc medala sahib çıxıb.

Bu həm də Azərbaycan parabadmintonu tarixində beynəlxalq turnirlərdə qazanılan ilk medaldır.

pia.az


Etiket: bürünc medal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

ABŞ və Britaniya Yəməndə husilərin hədəflərinə növbəti zərbə endirib

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Ən çox oxunanalar