Şənbə, 21 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İran səfirliyinə qarşı addımlar atmalı deyilmi?

İranın Azərbaycanda təxribatları və terror fəaliyyətləri həddindən artıq güclənib...

Politoloq: “İranın Azərbaycanda təxribatları və terror fəaliyyətləri tamamilə ikitərəfli münasibətləri pozmaq və düşmənçilik əlaqələrini gücləndirmək niyyəti güdür”.

Azərbaycanın mediasında yayılan məlumatları əlində bayraq edib ölkəmizə qarşı nota təqdim edən İran tərəfi ilk öncə münasibətlərin pozulmasının əsas səbəbkarı kimi özünü günahlandırmalıdır”.

Bu sözləri politoloq İlyas Hüseynov son günlər Azərbaycanla İran arasında yaşanan gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar İranın Azərbaycanda təxribatları və terror fəaliyyətləri həddindən artıq güclənib. Buna son misal olaraq deputat Fazil Mustafaya qarşı teror hadisəsidir. Bu fonda ötən həftənin şənbə günü İranın Bakıdakı səfirliyi Azərbaycan XİN-ə etiraz notası ünvanlayıb. Etiraz notasında İran ölkəmizin media qurumlarının “nalayiq və təhqiramiz hərəkətləri”ndən narahatlığını ifadə edib və Azərbaycan mətbuatını “əxlaqsız” adlandırıb. Azərbaycana qarşı törədilən terror aktlarından isə İran səfirliyinin tamamilə xəbərsiz olması imkansızdır.

Bəs bu durumda Azərbaycan İran səfirliyinə qarşı addımlar atmalı deyilmi?

Azərbaycanın İrana qarşı atmalı olduğu addımları Poliqon.info-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Terror vasitəsi Azərbaycanda xof, vahimə yaratmaq mümkün deyil. Millət vəkilinə qarşı açılan atəş Azərbaycan dövlətinə qarşı açılan atəş kimi qiymətləndirilir”.

Azərbaycan mətbuatını günahlandırmaq əvəzinə İranın ilk növbədə güzgüyə baxmalı olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında bildirib ki, bizim ekspertlər, jurnalistlər əgər İrana qarşı tənqidi mövqedən çıxış edirlərsə, bunun üçün səbəbləri yaradan Tehran rejimidir:

İranın Azərbaycanda təxribatları və terror fəaliyyətləri tamamilə ikitərəfli münasibətləri pozmaq və düşmənçilik əlaqələrini gücləndirmək niyyəti güdür. Silsilə hadisələrin baş verməsi müşahidə olunur. Azərbaycanın Tehrandakı səfirliyinə edilən basqı, deputat Fazil Mustafaya qarşı edilən hücum bundan öncə cərəyan edən proseslər arasında da bir bağlılıq vardır.

Düşünürəm ki, Azərbaycanın mediasında yayılan məlumatları əlində bayraq edib ölkəmizə qarşı nota təqdim edən İran tərəfi ilk öncə münasibətlərin pozulmasının əsas səbəbkarı kimi özünü günahlandırmalıdır. Azərbaycan heç İrana qarşı öz ərazisindən istifadə etməyib. Hətta, Qərb-İran münasibətlərin gərgin olduğu dönəmdə belə Azərbaycan öz ərazisini bağlı saxladı. Bu gün də İran və İsrail arasında münasibətlər müharibə həddindədir. Belə halda da biz açıq şəkildə öz ərazimizdən İrana qarşı istifadə olunmasına razılıq bildirməmişik. Əksinə, Azərbaycan məsələlərin diplomatik yolla həllinə tərəfdardır.

İlyas Hüseynov: “İran Azərbaycanla münasibətləri normallaşdırmaq, Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunmaq niyyətini göstərmək əvəzinə, İran Təbrizdəki konsulluğumuzun da bağlanması üçün fəaliyyətə keçib”.

Eyni zamanda Azərbaycan tərəfi də İranın notasına cavab verib. Bu cavabda da çox əsaslı arqumentlər əks olunub. Azərbaycan mətbuatını günahlandırmaq əvəzinə İran ilk növbədə güzgüyə baxmalıdır. Bizim ekspertlər, jurnalistlər əgər İrana qarşı tənqidi mövqedən çıxış edirlərsə, bunun üçün səbəbləri yaradan Tehran rejimidir. Terror vasitəsi Azərbaycanda xof, vahimə yaratmaq mümkün deyil. Millət vəkilinə qarşı açılan atəş Azərbaycan dövlətinə qarşı açılan atəş kimi qiymətləndirilir.

Biz Vətən müharibəsindən sonra çoxsaylı neqativ halları İran tərəfindən gördük. Azərbaycan sərhədində yaxın ərazidə hərbi təlimlərin keçirilməsi, sərhədyanı ərazilərdə hərbi uçuşların icra olunması, çoz sürətlə inkişaf edən Ermənistan-İran münasibətləri və türkəfob münasibətləri biz açıq şəkildə görürük. İran Azərbaycanla münasibətləri normallaşdırmaq, Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunmaq niyyətini göstərmək əvəzinə, İran Təbrizdəki konsulluğumuzun da bağlanması üçün fəaliyyətə keçib. Bu azmış kimi İran Azərbaycandakı səfirini də dəyişəcək. Artıq bu səfir haqqında da araşdırmalarımız zamanı onun hansı niyyətlə Bakıya gəlməsi aydın olur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya bir neçə aydır Kurskun işğalını gözləyirmiş - Sənədlər ələ keçirilib...

Elman Rüstəmovun həbsdəki şərikinin sensasion məktubu üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Politoloq: İranda hər kəs, Xamenei də, SEPAH da, Pezeşkian da öz rolunu oynayır...

İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb - Yenilənib

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, tələbələrlə görüşüb - Yenilənib

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır

Politoloq: Moskva-İrəvan münasibətləri göründüyü qədər də gərgin deyil...

Ən çox oxunanalar