Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan iqtisadiyyatı 28 il geri düşüb

Əgər ÜDM-in artım tempi indiki sürətlə davam edərsə və milli valyuta ABŞ dollarına nisbətdə hazırkı məzənnəni saxlayarsa, bu halda Azərbaycan iqtisadiyyatı 2014-cü il səviyyəsinə 23,5 ildən sonra çata bilər

Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, nəzərə alsaq ki, devalvasiyadan 5 il ötüb, onda itkilərin bərpası üçün 28,5 il lazım gələcək.

“Bu ilin 1-ci rübünün nəticələrinə görə ABŞ-da Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz artıb. ABŞ-ın ÜDM-i 2018-ci ildə 19,4 trillion dollar olub, onun 3,2 faizlik illik artımı mütləq mənada 620 milyard dollarlıq əlavə dəyərin yaranması deməkdir. ABŞ ÜDM-nin 1 rübdəki artım tempinin saxlayacağı halda, bu dövlətin yalnız artımdan əldə etdiyi dəyər Azərbaycanın 2018-ci il üçün illik ÜDM-dən 13 dəfə çox olacaq.

Qeyd edim ki, Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46 milyard 939 milyon dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75 milyard 659 dollar) 28 milyard 720 milyon dollar aşağıdır. Bu o deməkdir ki, 2014-cü illə müqayisədə itirilmiş ÜDM-i bu templə 23,5 ilə bərpa edə biləcəyik”.(Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar