Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna əmək haqlarının müəyyən bir hissəsini ianə ediblər.

Bu məqsədlə teatrın bütün kollektivi — sıravi işçisindən tutmuş Xalq artistlərinə qədər, hamı bu təşəbbüsdə iştirak etmək üçün teatr rəhbərliyinə ərizə ilə müraciət edərək, əmək haqlarının müəyyən bir hissəsini Orduya Dəstək Fonduna köçürülməsinin təmin olunmasını istəyiblər. Bu xeyirxah və qürurverici missiyada iştirak etməkdən məmnun olduqalarını bildirən kollektivin üzvləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, müdrik rəhbərimiz və böyük sərkərdəmiz İlham Əliyevin, qəhrəman ordumuzun yanında olduqalarını vurğulayıblar.

Ərizə ilə müraciət edənlər “Qarabağ Azərbaycandır!”, ”Qarabağ bizimdir, bizim olacaq!”, “Bütün erməni milləti əsgərlərimizlə görüşdə kövrələn, əziz Mehriban xanımın, şəhid analarının göz yaşlarının bir giləsinə belə dəyməz!”, “Haqq yolumuzda qələbə bizimdir!”, “Əsas ordumuzun ruh yüksəkliyidir, o da zirvələrdədir!” fikirlərini səsləndiriblər, işğalda qalan ərazilərimizin azadlığı uğrunda Vətən müharibəsində şanlı ordumuza ürəkdən inandıqlarını bildiriblər.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar