Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəlib

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb

66 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyi mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə Denis Vieru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəki dərəcəsindəki İbrahim Əliyev isə bürünc medal uğrunda qarşılaşmada Basxu Yondoperenleyi sınağa çəkəcək.

İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kq-da mübarizə aparır.

Qadınların yarışında Ramilə Əliyevə, Şəfəq Həmidova, Əliyeva Leyla (hər üçü 48 kq), Gülşən Nəzərova, Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (hər üçü 52 kq), Səkinə Zayirova (57 kq) 1/16 finala təsadüf edən ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Aişə Qurbanlı (48 kq), İçinxorlu Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) isə bir görüşü qələbə ilə bitirdikdən sonra 1/8 finalda uduzublar.

Kişilərdən Oruc Vəlizadə, Tofiq Məmmədov, Orxan Səfərov (hər üçü 60 kq) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar. Əhməd Yusifov (60 kq) və İsmayıl İbrahov (66 kq) isə bir mərhələ adlaya bilib.

Qeyd edək ki, Böyük Dəbilqə turnirinə mayın 12-də yekun vurulacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar