İmişlidə ağır yol qəzası baş verib
Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun 77-ci kilometrliyində "Lada Priora" markalı avtomobil qəfil yola çıxan camışa çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı ağır xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(lent.az)
pia.az