Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriya dörd rus diplomatını ölkədən çıxarıb

Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatın diplomatik statusunu ləğv edib…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə fevralın 2-də Avstriya Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

Rusiya səfirliyinin iki diplomatı diplomatik statusla bir araya sığmayan hərəkətlər edib. Nəticədə onlar “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”nın 9-cu maddəsinə uyğun olaraq persona non-qrata elan ediliblər”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, belə bir ifadə tez-tez diplomatik missiyaları casusluqda ittiham edərkən istifadə olunur.

Bundan əlavə, Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin iki diplomatı qərargah sazişinin müddəalarını pozan hərəkətlərə yol verib, deyə Avstriya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Onlar da Avstriya ərazisini tərk etməlidirlər.

Persona non-qrata elan edilən dörd rusiyalı diplomat bir həftə ərzində, yəni fevralın 8-dən gec olmayaraq Avstriyanı tərk etməlidir.

Rusiya Xarici İşlər Nazirliyi Avstriya Xarici İşlər Nazirliyinin bəyanatını şərh etməyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar