Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyası kodeks layihəsi hazırlayıb

İnternetdə yalan informasiyaya qarşı mübarizə üzrə

Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə aparılması məqsədilə xüsusi ekspert qrupunun hazırladığı kodeks layihəsini dərc edib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, layihədə yer almış beş mühüm istiqamət əsasında Avropa Komissiyası onlayn dezinformasiya həcmini xeyli dərəcədə azaltmağı planlaşdırır. Bu sıraya reklam yerləşdirilməsinin təhlilinin daha da yaxşılaşdırılması, siyasi reklamda şəffaflığın artırılması, pullu kontentin yayılması, feyk akkaunt və botların aşkar edilməsi və pozulması üzrə platforma imkanlarının (o cümlədən sosial şəbəkələr) genişləndirilməsi, istifadəçilərin alternativ informasiya mənbələri tapması üçün axtarışın sadələşdirilməsi məsələləri daxildir.

Kodeks Avropa Komissiyası tərəfindən sentyabrın sonunda təsdiq edilməlidir.

Bununla yanaşı, sənəddə feyk informasiyanın dəqiq müəyyənləşdirilməsi və onu alternativdən ayırma məsələləri əksini tapmayıb. Bu problem Avropa KİV-lərində getdikcə daha geniş yayılır. Belə ki, alternativ nöqteyi-nəzər avtomatik olaraq feyk kimi təsnif edilir. Bir çox ekspertlər isə feyklərə qarşı mübarizə kampaniyasının senzura təsisatlarına çevrilmə riski barədə xəbərdarlıq edirlər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar