Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Azərbaycanlıları Konqresi Ermənistana qarşı sərt sanksiyalar tələb edir

Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub... 

Avropa Azərbaycanlıları Konqresinin (AAK) beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda bildirilib ki, Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri Ermənistanın beynəlxalq hüquq normalarına riayət etmədiyini bir daha sübut edir.

“Biz dünya ictimaiyyətinə, BMT-yə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, digər beynəlxalq qurumlara müraciət edərək, israrla onları təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə çağırırıq.

Soydaşlarımız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərini və nüfuzlu beynəlxalq qurumları ermənilərin törətdikləri təxribatlara susmaqda ittiham ediblər. Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması, təcavüzkarın əl-qolunu daha da açır, Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsinə səbəb olur. Biz bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”- deyə bəyanatda qeyd olunub.

AAK bəyan edib ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyir: “Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək. Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi beynəlxalq təşkilatları dinc sakinlərin-qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün, nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.(musavat.com) 

pia.az 

 


Etiket: Sanksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar