Moskva birjasında avronun məzənnəsi sentyabrın 8-dən bəri ilk dəfə olaraq 105 rublu ötüb...
Poliqon “RİA Novosti” Agentliyiyinə istinadən xəbər verir ki, rubl əsas valyuta səbətinə nisbətən ucuzlaşmaqda davam edir.
oktyabrın 5-də Moskva birjasında ticarətin açılışında Rusiya valyutasının məzənnəsi avro, ABŞ dolları və yuana nisbətdə ucuzlaşır. Avropa valyutasının məzənnəsi demək olar ki, bir ay əvvəl maksimuma çatıb.
Moskva vaxtı ilə saat 7:04-ə olan “sabah” hesablaşmaları üzrə dolların məzənnəsi hərracda 8 qəpik bahalaşıb və 99,66 rubla bərabət olub. Yuanın məzənnəsi 1 qəpik artaraq 13,64 rubl təşkil edir.
Moskva birjasının məlumatlarına görə isə Avropa valyutası 25 qəpik bahalaşaraq 105,01 rubl olub. 2023-cü il sentyabrın 8-dən bəri ilk dəfə avro bu həddə qədər bahalaşıb.
Qeyd edək ki, Rusiya maliyyə bazarında son günlər avro və dolların məzənnələri yenidən bahalaşır. Belə ki, oktyabrın 2-də Moskva birjasında keçirilən ticarət zamanı avronun məzənnəsi 104 rubldan yuxarı qalxıb. Bu, sentyabrın 14-dən bəri ilk dəfə baş verib. Yuanın məzənnəsi isə avqustun 15-dən bəri ilk dəfə 13,5 rubldan yuxarı qalxıb. Həmçinin Moskva birjasında dolların məzənnəsi 2023-cü il avqustun 15-dən bəri ilk dəfə olaraq 99 rubldan yuxarı qalxıb.
Poliqon.info