Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-nın yay sessiyası keçiriləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvləri AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 18-dən 26-dək Strasburqda səfərdə olacaqlar.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Erkin Qədirli, Kamal Cəfərov, Könül Nurullayeva və Sabir Hacıyev daxildirlər.

Sessiya çərçivəsində iyunun 19-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitə sədrlərinin iclasına qatılacaq.

Qurumun yay sessiyasında Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatları dinləniləcək, Serbiyada keçirilmiş prezident və erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Müxtəlifliyin və inklüzivliyin təşviq edilməsində siyasi partiyaların rolu, Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə, Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu, Onlayn kommunikasiyanın tənzimlənməsi: media, informasiya azadlığına və insan ləyaqətinə təhlükə və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatlarımız sessiya çərçivəsində keçiriləcək müzakirələrdə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Müstəqil olmaq istəyən respublikanın lideri dəstək üçün Rusiyaya səfər edəcək

Netanyahunun ofisi: Baydenin Qəzza planı “yaxşı anlaşma deyil”, lakin İsrail bunu qəbul edəcək...

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

FT: Putin Si ilə görüşdə “Sibirin gücü-2”, Ukrayna və banklardan danışıb...

Ərəstun Oruclu: Dünya artıq qlobal müharibə ərəfəsindədir...

Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

Ən çox oxunanalar