Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aşkı-Memnu”nun ulduzundan gözəllik yarışması etirafı

Məşhur “Aşk-ı Memnu” serialının Firdevsi Nebahat Çehre qonaq olduğu proqramda diqqətçəkən açıqlamalar verib...

PİA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 1960-cı ildə qatıldığı gözəllik yarışması ilə bağlı etiraflar edən məşhur aktrisa Nebahat Çehre: “Mənim müsabiqədə iştirak etməyin çox şüursuz və səhv addım idi”, deyib.

Fatih Altaylının verilişinə qonaq olan Yeşilçamın ustadlarından Nebahat Çehre 1960-cı ildə 15 yaşında ikən qatıldığı gözəllik yarışması barədə eksklüziv açıqlamalar verib:

"15 yaşım var idi, bir dostum yarışmaya müraciət edəcəkdi. Mən də onunla birlikdə getmişdim. Dedilər ki, sən də qoşul. Anam da gözəllərlə çox maraqlanırdı. Anamdan icazə istədim, o isə “çox balacasan, amma istəyirsənsə qoşul” dedi. Bu, məntiqli deyildi. Çünki mənim gözəllik anlayışım hələ formalaşmamışdı, yəni uşaq idim”.

Həmçinin, Çehre, kino macərası ilə bağlı da maraqlı açıqlamalar verib:

“2 il kino təkliflərini qəbul etmədim. Taksim Sarayında bir memarın katibəsi kimi işlədim, daha sonra Uşaq Teatrında işə başladım. Dostlar arasından bir menecer çıxdı və “niyə kinoya başlamırsınız?” deyə soruşdu. Bir filmə başladım, orada ərkəsöyün bir qız rolunda idim. Daha sonra şüursuz bir aktrisa kimi “mən varlı və ərkəsöyün bir uşaq deyiləm” deyərək bu roldan imtina etdim. Ondan sonra isə bir vəkil rolu çıxdı. Ögey atam da vəkil idi. “Qanun qanundur” filmi ilə kinoya başladım. 127 filmdə rol aldım”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir

Ər arvadının boşanmasının qarşısını almaq üçün maraqlı üsul tapdı - Foto

Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək

Ən çox oxunanalar