Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aprel-may aylarında Azərbaycan hücuma keçə bilər...”

Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və “konkret məsələlər” müzakirə olunub

Bu haqda Ermənistanda nəşr edilən “İrates” adlı qəzet yazır. Bildirilir ki, həmin “konkret məsələlərdən” biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi barədə olub. Müzakirələrdə Ermənistan ordusunun bu əməliyyatlara qarşı dayanmaq potensialı nəzərdən keçirilib.

“Bu o deməkdir ki, indiki və gözlənilən danışıqlar prosesinə böyük ümidlər bəslənmir, Azərbaycan isə tələsir, ona görə də son aylar susur və özünü sakit aparır”-qəzetə məlumat verən mənbə belə deyib.

Ermənistan Müdafiə Nazirliyinə bağlı “Zinuj Media” kanalı isə Azərbaycanla sərhəddə “uzunmüddətli döyüş əməliyyatları aparmağa imkan verən” mərmi və raket anbarının görüntülərini yayıb. Orada bildirilir ki, sərhədə yaxın yerləşən yeraltı anbar yaxşı konspirasiya olunub və irimiqyaslı hərbi əməliyyatlar zamanı vaxt itirmədən ordunun mərmi, raket ehtiyacını təmin etməyə imkan verəcək.

Xatırladaq ki, iki gün əvvəl AzərbaycanErmənistan xarici işlər nazirləri arasında Parisdə növbəti danışıqlar olub. 4 saatdan çox çəkən danışıqlardan sonra tərəflər xalqları sülhə hazırlamaq barədə razılığa gəldiklərini açıqlayıblar.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar