Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AP deputatı Ukraynanın Aİ-yə qəbulunu "saatlı bomba" adlandırıb

Ukraynanın Avropa Birliyinə daxil olması artıq öz ölkələrində kəskin bahalaşmadan əziyyət çəkən avropalı ailələr üçün maliyyə baxımından "saatlı bomba" olacaq...

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə müsahibəsində Avropa Parlamentinin (AP) Fransadan olan deputatı Tyeri Mariani deyib.

"Avropa İttifaqı Ukrayna naminə özünü məhv etdiyini bilir, Avropa vergi ödəyiciləri artıq buna 88 milyard avro xərcləyiblər. 70 milyard avrodan çox vəsait 2027-ci ilə qədər saxlanılır", deyə Tyeri Mariani bildirib.

Onun sözlərinə görə, bu pulun Ukraynanın ehtiyaclarını ödəməyə kifayət etməyəcəyini hamı başa düşür. Deputat Avropanın bu ölkəyə qarşı siyasətini həm avropalılar, həm də sülhdən danışmaq istəməyən Qərb dövlətlərinə görə əziyyət çəkməyə məcbur olan ukraynalılar üçün arzuolunmaz adlandırıb.

Tyeri Mariani həmçinin bildirib ki, Fransa Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesində əsas rollardan birini oynamalıdır. Çünki Paris və Almaniya müharibənin davam etdirilməsində qətiyyən maraqlı deyil.

"Əgər Fransa və Almaniya müvafiq addımlar atsalar, Avropa İttifaqının buna əməl etməkdən başqa yolu qalmayacaq", deyə Tyeri Mariani bildirib.

O əlavə edib ki, ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə can atmayan Ukraynaya maliyyə dəstəyinə marağı durmadan azalır. Parlamentari Respublikaçılar Partiyasının Senatdakı nümayəndələrinin Ukraynaya yeni yardım paketi ilə bağlı səsvermənin qarşısını almaq qərarını alqışlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar