Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika yəhudilərinin Tramp dilemması

Tramp özünü amerikalılar üçün yox, İsrailə xidmət etmək üçün seçilmiş bir siyasətçi kimi aparır

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 9 aprel 2019-cu il

ABŞ prezidenti Tramp açıqlamalarının birində “İsraildə seçkilərdə namizəd olsam, 98% səslə baş nazir seçilərəm”, deyə qeyd etmişdi. Bu açıqlama Tramp ilə Netanyahu hökuməti arasındakı münasibəti çox yaxşı ifadə edir.

Tramp özünü amerikalılar üçün yox, İsrailə xidmət etmək üçün seçilmiş bir siyasətçi kimi aparır. Bu gün İsraildə keçiriləcək seçkilərdə Netanyahunun seçilməsi üçün Tramp əlindən gələn hər şeyi edib. Tramp ən son Qolan təpələrində İsrailin hegemonluğunu dəstəkləyərək, Netanyahunun əlini daha da gücləndirdi.

Qüds və Qolan təpələrindən sonra növbənin işğal altında olan Qərbi İordana gələcəyi məlum idi. Tramp rəhbərliyindən güc olan Netanyahu seçimdən sonra işğal altında olan Qərbi İordan zonasını ilhaq edəcəklərini açıqlayıb.

Trampın ABŞ-a rəhbərlik etdiyi müddət ərzində Qərbi İordanda qeyri-qanuni yəhudi məskunlaşmalarının sayı daha da artıb. İsrail bu planı guya Trampın bir sülh planı hazırladığı zamanlarda həyata keçirib.

Netanyahu Trampın planının İsraili narahat edəcək tərzdə olmadığından əmin görünür. Çünki Tramp hər fürsətdə Netanyahunu haqlı çıxarır. Buna görə də Netanyahu özünü rahat hiss edir.

Şənbə günü “Respublikaçı Yəhudi Koalisiyası”(RJC) tərəfindən Las-Veqasda keçirilən “İllik Liderlik İclası”nda Tramp yenə İsrailə təriflər yağdırdı. İclas milyarder qumarxana müdiri Şeldon Adelsona məxsus bir oteldə baş tutmuşdu. Adelson Respublikaçı Partiyası və RJC-nin ən öndə gələn ianəçilərindən biridir. O, həm Trampın 2016-cı ildəki prezidentlik kampaniyasına, həm də 2018-ci ildəki seçkilərdə Respublikaçı Partiyasına 130 milyon dollar ianə verib. Həmçinin, Trampın ABŞ Səfirliyini Qüdsə köçürmək qərarının arxasındakı ad Adelson idi.

Tramp RJC iclasında Adelson ailəsi ilə yanaşı, Lindsey Qrehem və Kevin Kramer kimi İsrail üçün çalışan senatorları da alqışlayıb. Tramp Demokrat Partiyasının “Yəhudi əleyhdarı” bir partiya halına gəldiyini söyləyərək, Amerika yəhudilərindən tam dəstək istəyib. Tramp İsrail lobbisini tənqid etdiyi üçün “Yəhudi əleyhdarı” elan edilən demokrat vəkil İlhan Ömərə də istehzalı şəkildə söz atıb. Tramp bunun Öməri öldürməklə təhdid edən bir şəxs tərəfindən edildiyini bildirib.

“RJC” Amerika yəhudilərinin 2020-ci ildə Trampa səs vermələrini təmin etmək üçün 10 milyon dollar xərcləməyi planlaşdırır. Həmçinin Tramp komandası Demokratlara ianə verən milyarder yəhudiləri Respublikaçılara sərmayə qoymaları üçün dörd bir tərəfdən mühasirəyə almağa çalışır. Tramp 2016-cı ildə Amerika yəhudilərinin yalnız dörddə birinin səsini ala bilmişdi. Yəhudilər ABŞ əhalisinin yüzdə ikisini əhatə edir. Respublikaçılar bəzi ştatlarda yəhudi səslərinin kiçik bir hissəsinin belə seçki nəticələri üzərində təsirli olacağını düşünürlər. Buna görə də “RJC”nin töhfəsini vacib hesab edirlər. Lakin Demokratları dəstəkləyən yəhudilər də boş dayanmırlar.

Tramp rəhbərliyinin Netanyahu hökuməti ilə sıx yaxınlığına reaksiya göstərən gənc Amerika yəhudiləri Trampa və “RJC”-ə qarşı sərt reaksiya göstərirlər. Bu baxımdan Tramp çıxış etməyə başlayanda plakat açan və şüarlar səsləndirən yəhudi gənclər Fələstinin işğalını və Ağ irqçiliyinə etiraz etdilər. “If, Not Now” (İndi deyilsə, nə vaxt) hərəkatının üzvləri olan yəhudi gənclər musəviləri “RJC”-yə, Trampa və Netanyahuya dəstək verməməyə çağırdılar.

Gənc Amerika yəhudiləri tərəfindən təşkil edilən “If, not now” hərəkatı fələstinlilərin hüququnu müdafiə edən aksiyalar keçirir. “If, not now” hərəkatının üzvləri Netanyahu və Tramp siyasətinin Dünya Yəhudilərinin təhlükəsizliyini təhlükəyə atdığını düşünürlər. Respublikaçılar isə gənc yəhudiləri Demokratlardan uzaqlaşdırmağa çalışırlar. Hətta bu məqsədlə “Jeksodus” qrupunu yaratdılar.

“Jeksodus” qrupu qara amerikalıları Demokrat Partiyasından çıxmağa səsləyən Candace Ovensin "Bleksit" kampaniyasından ruhlandı. “Bleksit”in ilham mənbəyi isə Britaniyanın Avropa Birliyindən çıxması üçün Nigel Fərəc tərəfdən başladılan “Breksit” hərəkatı oldu. Əslində “Jeksodus” və “Bleksit” 2020-ci ildə Respublikaçılar və Demokratlar arasında baş verən qarşılaşma üçün yaradılıb. İki qrup da prezident seçkilərində demokratlardan kiçik bir parça qoparmağa ümid edir.

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar