Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Macarıstandan Rusiyanın enerji resurslarından imtina etməyi tələb edib

Macarıstan Rusiyadan enerji almağı dayandırmaq üçün daha fəal işləməlidir...

Poliqon xəbər verir ki, bunu Politico nəşrinə enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson deyib.

Simsonun fikrincə, Macarıstan Rusiya qazının alınmasını və “Paks-2” AES-in tikintisini davam etdirməklə Moskvaya enerji bazarını manipulyasiya etmək hüququ verir.

“Bu asılılığı davam etdirmək Macarıstanın maraqlarına uyğun deyil” deyə Kadri Simson qeyd edib.

Aİ komissarı həmçinin Moskva və Budapeştin Rusiyadan nüvə yanacağından asılı olan nüvə reaktorunun tikintisi ilə bağlı əldə etdiyi razılaşmadan təəssüfləndiyini bildirib.

Qeyd edək ki, “Paks” Macarıstanda yeganə atom elektrik stansiyasıdır, Budapeştdən yüz kilometr aralıda yerləşir və ölkədəki bütün elektrik enerjisinin demək olar ki, yarısını istehsal edir. 2022-ci ilin yayının sonunda Macarıstan “Rosatom”a “Paks-2” AES-in enerji bloklarının tikintisi üçün lisenziya verib. Səlahiyyətlilər iki yeni blokun istifadəyə verilməsi sayəsində istehsalın iki dəfə artacağını gözləyirlər. Tikintinin başlanması 2024-cü ilin yaz-yay aylarına planlaşdırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Ən çox oxunanalar