Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-də “Ukrayna üçün silah almaq” mübahisələri bitib...

Uzun mübahisələrdən sonra Aİ Ukrayna üçün bir milyard avroya silah-sursatın alınması sxemini razılaşdırıb...

Avropa İttifaqının səfirləri Ukrayna rəsmilərini dərindən məyus edən və həftələrlə davam edən mübahisədən sonra Ukrayna üçün sursat almaq sxemi barədə razılığa gəliblər.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, razılaşmanı İsveçin Aİ Şurasına sədrliyi elan edib.

O, bildirib ki, Aİ-yə üzv ölkələrin səfirləri Brüsseldə keçirilən görüşdə müqavilələrin şərtləri ilə bağlı mübahisələrə son qoyaraq sazişi təsdiqləyiblər.

“Aİ səfirləri Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu çərçivəsində birgə sursat və raketlərin alınması üçün 1 milyard avro məbləğində yardım göstərilməsi qərarını təsdiqləyiblər”, deyə İsveçin Aİ Şurasına sədrliyi bildirib.

Aİ nümayəndələrinin əldə etdiyi razılaşmanın təfərrüatları hələlik ictimaiyyətə məlum deyil.

Qeyd edək ki, birgə satınalma sxemi Aİ-nin növbəti 12 ay ərzində Ukraynaya 1 milyon artilleriya mərmisi və raket ötürmək üzrə daha geniş planının bir hissəsidir.

Aİ xarici işlər nazirləri mart ayında ümumi planı təsdiqləyiblər, lakin hökumətlər müqavilə şərtləri üzərində mübahisə etdiyi üçün satınalma sxemi dayanmışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar