Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada bir gündə 4 hamilə qız həkimə müraciət etdi – 17 yaşları var

Ağstafa rayonunda şok hadisə yaşanıb

Məlumata görə, mayın 23-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanası şübhəli halla bağlı özü Ağstafa Rayon Polis Şöbəsinə məktubla müraciət edib və məktubda qeyd olunub ki, rayon sakinləri olan 2002-ci il təvəllüdlü Aidə, 2002-ci il təvəllüdlü Ayşəgül, 2001-ci il təvəllüdlü Məleykə və 2001-ci il təvəllüdlü Ayşə hamilə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 2002-ci il təvəllüdlü qızların 17 yaşı hələ tamam olmayıb.

Qeyd edək ki, onlar ailə qurarkən 15-16 yaşları olub.

Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva Modern.az-a açıqlamasında qeyd edib ki, xəstəxanada ginekologiya şöbəsi yoxdur, doğum şöbəsi var:

“Şöbə olmadığı üçün şəxsin hamiləliyin təyin olunması da aparılmır. Bizdə doğuş şöbəsi var, ora da normal doğuşa gələnlər qəbul edilir. 15 yaşlını isə biz doğuşa götürə bilmərik, bu, mümkün deyil. Həm də mümkün deyil ki, 4 nəfər 15 yaşlının hamısı eyni gündə bizə müraciət etsin. Bizdə yalnız normal-9 aylıq doğuşlar aparılır. Onlar da öz qeydiyyatımızda olan vətəndaşlardır. Birmənalı şəkildə belə hal olmayıb”.(Qafqazinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Ən çox oxunanalar