Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFP: “Vaqner” Çin şirkətindən iki kəşfiyyat peyki alıb

“Vaqner” ÖHŞ Çin şirkəti “Beijing Yunze Technology Co Ltd” ilə iki peykin alınması və onların köməyi ilə çəkilmiş şəkillərin kəşfiyyat istifadəsi üçün müqavilə bağlayıb...

Poliqon xəbər verir ki, bu barədə AFR məlumat yayıb. Agentliyin əldə etdiyi sənədə əsasən, müqavilə 2022-ci il noyabrın 15-də bağlanıb. Müqavilənin məbləği 235 milyon yuan (indiki məzənnə ilə demək olar ki, 33 milyon dollar) olub.

Sazişin tərəfləri Çinin “Beijing Yunze Technology Co Ltd” şirkəti və ötən ilin noyabrında “Vaqner” OHŞ-nin təsisçisi Yevgeni Priqojinin biznes strukturuna daxil olan Rusiyanın “Nika-Frut” şirkəti olub.

AFP-in Avropa təhlükəsizlik xidmətindəki mənbəsi iddia edir ki, “Vaqner” OHŞ Ukraynadakı döyüş əməliyyatları zamanı və Afrikadakı öz əməliyyatlarında kəşfiyyat üçün peyklərdən istifadə edib. Bundan əlavə, Agentliyin mənbələrinin sözlərinə görə, 2023-cü il may ayının sonunda, “Vaqner” üsyanından bir neçə həftə əvvəl ÖHŞ nümayəndələri Rusiya-Ukrayna sərhədindən Moskvaya qədər ərazinin peyk şəkillərini tələb ediblər. AFP qeyd edir ki, müqavilənin özündə Rusiya ərazisinin şəkillərinin sifariş edilməsindən bəhs edilmir.

Avqustun 23-də Yevgeni Priqojin və daha 9 nəfərin olduğu şəxsi Embraer Legacy 600 təyyarəsi Tver vilayətində qəzaya uğrayıb. Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Dünən, oktyabrın 5-də prezident Vladimir Putin bildirib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ona Yevgeni Priqojinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərində qumbara parçaları olması barədə məlumat verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar