Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşirqızı: “Siyavuş Aslanın oğlu atasının seyfindən 25 min dollar oğurlayıb” - Video

Siyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub...

Xalq artisti Afaq Bəşirqızı mərhum həmkarı Siyavuş Aslanın uzun zamandır səfil həyat yaşayan böyük oğlu Çingiz Aslan barədə gözlənilməz açıqlama verib.

Bizim.media xəbər verir ki, A.Bəşirqızı Çingizin atası sağ ikən yaşadığı evdən 25 min dollar oğurladığını deyib.

“Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Siyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub.

Siyavuş Aslan dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var. Biz hər şeyi açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında Çinar kafesi vardı. Obyektin altının 600 kvadratmetr sahəsi olardı. Ora Siyavuş Aslanın idi. Oranı milyon yarım manata tələm-tələsik satdılar.

Siyavuş Aslanın Dənizkənarı Milli Parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə 38 kvadratmetrlik evi vardı. Siyavuş hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətcil olub. Sadəcə, belə oldu. O qədər övladlarını əzizlədi ki, axırda da belə oldu.

Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz belə oldu. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O, evdən çıxanda Siyavuş bunu bilib. Bulvarla Siyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Siyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar yox idi”.

Elgiz Əkbər isə A.Bəşirqızının bu sözlərinə “Çingiz dedi ki, atamdan 50 min dollar pul oğurlamışdım.

Gəldim bulvara, yuxu məni tutdu. Başımı qoydum oturacağa, ayılanda gördüm ki, pul yoxdur. Siyavuş müəllimin çoxlu qızılları vardı. Hamısının “dalına keçdi”, - deyə cavab verib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ən çox oxunanalar