Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi - Xoşbəxt Yusifzadə

Bu gün özümü adım kimi çox xoşbəxt hiss edirəm. Bu, mənim üçün bir bayram günüdür.

Hörmətli Prezidentimiz İlham Əliyevin mənim adım verilən tankerin istismara verilməsi mərasimində iştirak etməsi mənim üçün böyük bir hədiyyə oldu.

PİA.az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə bildirib: "Ümumiyyətlə, bu tankerə mənim adımın verilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür. Dövlətimizin başçısı 90 illik yubileyimdə bu təkliflə çıxış etdi və bu gün də gəminin suya buraxılması mərasimində iştirak etdi. Ona görə bu gün mənim üçün çox əziz gündür".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimində iştirak edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar