Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ştatları Ukraynaya görə silah istehsalı üçün milyardlarla dollar alıb

Bəzi Amerika dövlətləri Ukraynaya yardıma görə silah və sursat istehsalı üçün milyardlarla dollar alıblar...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ administrasiyasının məlumatlarına istinadən məlumat yayıb.

Son günlərdə ABŞ prezident administrasiyası qanunvericilərə ştatlar üzrə 27 milyard dollarlıq sərmayə və "sursat və taktiki nəqliyyat vasitələrinin satınalınması"na ayrılan xərcləri göstərən xəritələr paylayıb.

Agentlik qeyd edir ki, respublikaçıların bloku Ukraynaya yardımın göndərilməsinə qarşı çıxıb, vergi ödəyicilərinin pullarının "evdə" xərclənməsinin lazım olduğunu bildirib, lakin Konqresdəki əksər respublikaçılar və demokratlar hələ də Ukrayna hökumətinə yardımı dəstəkləyirlər.

Sənəddə deyilir ki, Pensilvaniyanın 8 Respublikaçı Konqres üzvündən 3-ü Ukraynanın maliyyələşdirilməsinə qarşı səs versə də, Keystone ştatı silah-sursat xərcləri və sərmayə olaraq 2,364 milyard dollar əldə edib.

Texasda 25 Respublikaçı nümayəndədən 18-i Ukraynaya yardımın əleyhinə səs verib. Eyni zamanda, Texas 155 mm-lik mərmi və digər silahların istehsalı üçün 1,45 milyard dollar alıb. Arizonada 6 Respublikaçı nümayəndədən 3-ü yardımın əleyhinə səs verib, ştata 2,196 milyard dollar daxil olub.

Oktyabrın 20-də ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail, Hind-Sakit okean regionu və sərhəd təhlükəsizliyi üçün 106 milyard dollarlıq yeni vəsait tələbi zamanı Ukraynaya silah tədarükünün amerikalılar üçün iş yerləri yaratmaqla bərabər olduğunu vurğulayıb. Bayden Arizonada "Raytheon" tərəfindən istehsal olunan "Patriot" raket sistemlərinə və ölkənin 12 ştatında istehsal edilən artilleriya mərmilərinə istinad edərək, pulun bir hissəsinin xaricə göndərilən avadanlıqları əvəz etmək üçün ABŞ şirkətlərinə gedəcəyini deyib.

"Reuters" vurğulayır ki, Arizona, Pensilvaniya, Arkanzas və Viskonsin ştatlarında şirkətlər Ukraynaya kömək edən məhsullar üçün ümumi məbləği 1 milyard dollardan çox olan müqavilələr alan istehsal müəssisələridir. Digər 18 milyard dollar isə 20-dən çox başqa ştatda yerləşən istehsal müəssisələri arasında bölüşdürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar