Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ sərhədini keçən miqrantların sayı rekord həddə çatıb

Amerika hakimiyyətinin məlumatına görə, son beş gündə 50 min miqrant ABŞ-a qeyri-qanuni yollarla daxil olub...

Poliqon CBS telekanalına istinadən xəbər verir ki, xüsusilə yüksək artım Texas ştatının Del Rio şəhərində qeydə alınıb və burada bir gündə miqrantların sayı rekord həddə - 6,4 min nəfərə çatıb.

Daha 1,5 min miqrant mobil proqram vasitəsilə sərhəd məntəqələrində qəbulu gözləyir.

Qaçqınların daimi axını həm sərhədyanı dövlətlər, həm də bu miqrantları qəbul edən digər ölkələr üçün böyük gərginlik yaradır. CBS qeyd edir ki, prezident Co Bayden dövründə Ağ Evin hazırkı administrasiyası bu qaçqın axınının öhdəsindən gələ bilmədiyi üçün tənqidlərlə üzləşir.

Seçki ilində Respublikaçı müxalifət sərhəddəki uğursuzluqlara görə demokratları tənqid edir, hətta Ukraynaya yardımla bağlı səsverməyə mane olur.

Daha əvvəl ABŞ mediası yazmışdı ki, ABŞ-Meksika sərhədində sərhəd keçidlərinin qismən bağlanması milyardlarla dollar itkilərə, həmçinin xaos və siyasi nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, ABŞ hökumətinin Ukrayna, İsrail və Tayvana 106 milyard dollarlıq yardım paketi Respublikaçılar tərəfindən rədd edilib. Onlar hökumətin öncə Meksika sərhədində təhlükəsizliyi həll etməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar