Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ sanksiyaları İranda molla rejimini yıxa biləcəkmi? - Müsahibə

Hətta İran prezidenti Həsən Ruhani sanksiyalardan sonra vəziyyətin ağırlaşacağını bildirib. Sabiq prezident Məhəmməd Hatəmi isə İranda xalq üsyanı olacağını deyir...

Politoloq: “İrandakı indiki hadisələr və ABŞ-ın sanksiyaları xalqın daha güclü sosial aktivliyinə stimul verən istiqamətdədir”.

“Əgər İrandakı indiki molla hakimiyyəti ABŞ-ın canişini olmağa razılıq verəcəksə, ABŞ İranda bu rejimi saxlayacaq. Yox moll rejimi razılıq verməyəcəksə, təbii ki, o hakimiyyəti ABŞ devirəcək”.

Bu sözlətri İranda ABŞ sanksiyaları ilə bağlı yaranmış vəziyyəti şərh edərkən politoloq Mübariz Əhmədoğlu bildirib.

Gələn həftədən etibarən ABŞın İrana qarşı sanksiyaları qüvvəyə minəcək. Qeyd edək ki, ABŞ İranla 6+1 formatında imzalamış nüvə sazişindən çıxdıqdan sonra prezident Donald Tramp İrana qarşı sərt sanksiyalar tətbiq etməklə bağlı fərman imzalayıb. Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının birinci mərhələsi avqustun 7-də qüvvəyə minib. Birləşmiş Ştatlar noyabrın 4-dən etibarən isə İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Dünən ABŞ prezidenti Donald Tramp yeni sanksiyaların da anonsunu verib. Tramp bildirib ki, İrana qarşı sanksiyalar bu ölkənin rəhnərliyi ABŞ-a sərf edən müqaviləni imzayana qədər təkrarlanmaqda davam edəcək. ABŞ prezidenti həmçinin İrana qarşı sanksiyaları qaldırmaq üç1n açıq şərtlərini də elan edib. ABŞ prezidenti İran hakimiyyətini öz xalqını ağır nəlalara düçar etməməyə, nüvə silahı əldə etmək fikrindən birdəfəlik daşınmağa, şər niyyətli fəaliyyətlərdən çəkinməyə, öz bətəndaşlarının hüquqlarına hörmət eləməyə bə danışıqlar masaına geri dönməyə çağırıb. Tramp vurğulayıb ki, ya İran n7rmal və sivil inkişaf yolu seçəcək, ya da iqtisadi fəlakət yaşayacaq.

Öz növbəsində ABŞ-ın Dövlət Katibi Mayk Pompeo 8 ölkəyə İrandan neft ala bilməsi və buna görə sankaiyalarla üzləşməyəcəyi imkanı verildiyini açıqlayıb. Pompeo jəmin ölkələrin adını açıqlamasa da Avropa Birliyi ölkələrinin bu siyabıda yer alnadığını bildirib. Böyük ehtimalla Türkiyə həmin aiyahıda yer alıb.

Bundan əvvəl isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Aleksandr Hamilton Cəmiyyətində etdiyi çıxış zamanı İranla bağlı sanksiyalara da toxunub. Bolton çıxışında Ağ Evin İrana qarşı sanksiyalarının müttəfiqlərinə ziyan vurmamasına çalışacağını vurğulayıb.

ABŞ administrasiyası istəyir ki, İranın xam neftinin ixracına qarşı sanksiyalar Tehranı zəiflətsin, ancaq o, öz müttəfiqlərinə ziyan vurmaq istəmir”, deyə çərşənbə günü ABŞ prezidentini milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

“Məqsədimiz İran neftinin ixracını sıfıra endirmək üçün maksimum təzyiq göstərməkdir. Başa düşürük ki, İrana bitişik olan bəzi ölkələr, bu yaxınlarda onlara səfər etdim və həmin nefti alan digər ölkələr bundan dərhal imtina edə bilməzlər. Biz çalışırıq ki, maksimum təzyiq göstərək, ancaq öz dostlarımıza, müttəfiqlərimizə zərər vurmaq istəmirik və bunun üzərində işləyirik”, deyəBolton Hamilton mərkəzində xarici siyasət məsələləri üzrə müzakilələrdə vurğulayıb.

İran əhalisi isə sanksiyaların başlayacağı günü böyük təşvişlə gözlərlər. Çünki onsuz da hiperinflyasiyanın yaşandığı İran iqtisadiyyatında sanksiyalar qüvvəyə mindikdən sonra kollaps yaşanması istisna olunmur.

İran prezidenti Həsən Ruhani isə deyib ki, ABŞ-ın gələn həftənin bazar ertəsi günü yeni sanksiyalarının tətbiq edilməsindən sonra qarşıdan gələn aylarda iranlılar daha çox çətinliklərlə qarşılaşa bilər. Bundan əvvəl isə İranın sabiq prezidenti Məhəmməd Hatəmi İranda aparılan islahatları kəskin tənqid edərək ölkədə yeni etiraz aksiyalarının başlayacağı ilə bağlı xəbərdarlıq edib.

“Hakimiyyət etdiyi səhvlərini təkrar edərsə, onda tənqidlər etiraz aksiyaları ilə əvəz olunacaq. Bundan sonra ölkənin aqibəti məlum deyil. Əgər cəmiyyətdə islahatçıların bir iş görmədikləri qənaətinə gəlinərsə, onda xalq rejimi dəyişmək istəyənlərə tərəf yönələcək”, deyə Hatəmi bildirib.

Qeyd edək ki, 75 yaşlı Məhəmməd Hatəmi İranın 5-ci prezidenti olub. O, 1997-2001, 2001-2005-ci illərdə iki dəfə İran Prezidenti seçilib.

İrandakı hazırkı vəziyyəti PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Yaxın vaxtlarda İranda ali rəhbərin hakimiyyətini devirib respublika rejimin qura biləcəklərsə, hesab edirəm ki, ABŞ bir müddət bununla kifayətlənəcək”.

Mübariz Əhmədoğlunun müsahibəsini oxucularımızın diqqətinə cəlb edirik:

- Mübariz müəllim, hətta İran prezidenti Məhəmməd Ruhani də etiraf edir ki, sanksiyaların tətbiqindən sonra İranda həyat səviyyəsi kəskin pisləşəcək. ABŞ sanksiyalarına görə İranda iqtisadi vəziyyətin pisləşməsi ciddi xalq etirazlarına səbəb ola biləcəyini düşünürsünzmü?

- İranda hadisələr elə bu istiqamətdə gedir. Bir müddət əvvəl İranda üsyanlar, iğtişaşlar baş verdi. Hətta qeyd edim ki, Əhvazdakı terror onu göstərdi ki, orda rejimə qarşı ciddi qüvvələr gözləmə möveyindədir. İran deyir zülmə qarşı mübarizə aparmaq lazımdır, amma İranın özü zülm içindədir. Yəni İranın özünün içində olan problemlərə münasibəti kifayət qədər ziddiyyətlidir. Hakimiyyət özü xalqa zülm etdiyi halda, digər ölkələrdə zülmə qarşı mübarizə aparır.

Son dövrlərdə İranda olan nümayişlər barədə isə mətbuat yazmır. Bu yaxınlarda İranda iri yük maşınlarının sürücüləri tətil etdilər. Bəzi qonşu ölkələrə, hətta Ermənistana belə malların getməsi yubandı. Amma bu hadisələrdən bir müddət keçəndən sonra mətbuatın xəbəri oldu.

Düşünürəm ki, İrandakı indiki hadisələr və ABŞ-ın sanksiyaları xalqın daha güclü sosial aktivliyinə stimul verən istiqamətdədir. Amma burada ABŞ-dan daha çox İranın özünün daxilində səbəbi axtarmaq lazımdır. Bildiyimiz kimi İran 1979-cu ildə İslam İnqilabı edib və dini hakimiyyət ölkədən ABŞ-ı qovub. İranda mollalar deyir ki, 40 ildi ABŞ İrana qarşı mübarizə aparırıq, bundan sonra da aparacağıq.

İran 4 qitə ölkəsidir və çox güclü təbii iqlimi, böyük coğrafiyası var. Amma İran bu günə qədər özünün müstəqil iqtisadiyyatını qura bilməyib. Hətta İran enerji iqtisadiyyatını qura bilməyib. Bununla yanaşı İran bir yandan deyir ABŞ mənim düşmənimdir, bir yandan da deyir ABŞ bu qədər kəskin düşmənçilik etməz və İrana şərait yaradıb, pul verəcək. Buna görə də 40 il ərzində İranın daxilində iqtisadiyyat qurulmayıb.

İranın daxilində olan iri iqtisadi sektorlar ayrı-ayrı qrupların əlindədir. O qruplar da həmin sahənin pulunu götürür gedir Suriyada, İraqda, Yəməndə hansısa işlərlə məşğul olurlar.

Yəni İran iqtisadiyyatı əsasən bu dövlətlərə yönəlik işləyir. Bu dövlətlərin işində gedən mehsribələrə İran hər il külli miqdarda pul xərcləyir. Əhali də bunu görür və daha dözmək istəmir. Dəfələrlə olub ki, İran əhalisi deyib ki, bizə Suriya, İraq lazım deyil. Xalq deyir ki, bizə özümüz lazımıq və əldə olunan pulu özümüzə xərcləyək. Buna görə də mən sosial aktivliyi stimullaşdıran parametrləri görürəm.

Mübariz Əhmədoğlu: “Sənəd üzərində İsrail dövləti 1940-1950-ci illərdə yaransa da, amma İsrailin hərbi, maliyyə cəhətdən qüdrətlənməsi İranın maliyyəsinin, neftinin hesabına oldu”.

- ABŞ heç də gizlətmir ki, sanksiyalar tətbiq etməklə İrandakı molla reyimini yıxmağa çalışır. ABŞ-ın sanksiyalarının İrandakı rejimi dəyişmək üçün yetərli hesab edirsiniz?

- ABŞ-ın məqsədi İranı özünün canişini etməkdir. Yəni 1979-cu ilə qədər İran Yaxın Şərq regionunda ABŞ-ın ən böyük canişini olub. Hətta qeyd edim ki, sənəd üzərində İsrail dövləti 1940-1950-ci illərdə yaransa da, amma İsrailin hərbi, maliyyə cəhətdən qüdrətlənməsi İranın maliyyəsinin, neftinin hesabına oldu. Yəni vaxtı ilə İran ABŞ-ın bu qədər yaxın canişini olub. İndi ABŞ yenə istəyir ki, İranı həmin qaydada canişini etsin. Əgər İrandakı indiki molla hakimiyyəti ABŞ-ın canişini olmağa razılıq verəcəksə, ABŞ İranda bu rejimi saxlayacaq. Yox moll rejimi razılıq verməyəcəksə, təbii ki, o hakimiyyəti ABŞ devirəcək.

Hesab edirəm ki, hal-hazırda bu prossesin birinci mərhələsi başlayıb. Digər tərəfdən indi İrandakı moll rejimin içərisində əcaib proseslər gedir. Hamı bütün günahı İranın ali dini rəhbəri Ayətullah Xameneyidə görür. Xameneyinin necə adam olduğunu və necə göstərişlər verdiyini hamı bilir. Onun göstərişlərindən kim başqa çür nəticə çıxardırsa, bu başqa məsələdi. Son dövrlərdə Xameneyinin özünün əmri ilə ölkədə nə qədər koorrupsionerlər həbs edildi.

Mənim Xameneini tərifləmək və yaxu da onun tərəfində durmaq fikirim yoxdur. Amma indi iş o mərhələdədir ki, hətta İranda digər Ayətullahlar, bütün dini strukturların hamısı Xameneyinin əleyhinə çevrilib. Yəni bunları qeyd etmək məqsədim odur ki, təkcə xalq üsyanına diqqət vermək azdır. Hal-hazırda İranda əsas proses dindarların içində gedir. Dindarların içində həm bir-birlərinə qarşı, həm də Xameneyinə qarşı narazılıq var. Buna görə də əgər yaxın vaxtlarda İranda ali rəhbərin hakimiyyətini devirib respublika rejimin qura biləcəklərsə, hesab edirəm ki, ABŞ bir müddət bununla kifayətlənəcək.
Yenə qeyd edim ki, ABŞ-ın indi əsas məqsədi İranda moll rejimi xeyli zəiflətməkdir.

- Bilirik ki, noyabrın 6-da ABŞ-da Konqresə aralıq seçkilər baş tutacaq. Seçkilərdə Demokratlar qalib gələrsə, ABŞ-ın İrana qarşı siyasətinin dəyişə biləcəyi mümkündürmü?

- ABŞ-ın İrana qarşı indiki apardığı siyasəti dəyişməyəcək. Çünki Demokratların böyük əksəriyyəti ABŞ-ın İrana qarşı aparılan siyasətin tərəfdarlarıdırlar. Həmçinin o da məlumdur ki, indi də Demorkartlar Konqresdə heç də azlıqda deyillər. Yəni ən azı bu vaxta qədər Demorktarlar İranla bağlı bəyanat verə bilərdi. Amma vermədilər. Hesab edin ki, İranla indi Trampın apardığı siyasət bir-iki nəfər konqresmeni çıxmaq şərti ilə bütövlükdə ABŞ-ın siyasi elitasının qərarıdır və bu istiqamət üzrə də hərəkət edirlər.

Qeyd edim ki, Trampın İrana qarşı qoyduğu məsələ tamamilə düzgündür. Çünki Tramp deyir biz nüvə müqaviləsi imzaladıq və imzalayandan sonra sanksiyaları götürdük. İran nüvə sanksiyasına əməl edir, amma qazandığı pulu çevirib raket etdi. İndi də raket istehsal edir və qazandığı pulun bir qismini də Suriyada, İraqda və Yəməndə vəziyyəti qarışdırmağa yönəldir. Buna görə də İrana qarşı sanksiyalarla Demorkatlar da qane olur.

Mübariz Əhmədoğlu: “İranda Ayətullahlar, bütün dini strukturların hamısı Xameneyinin əleyhinə çevrilib”.

Əgər ABŞ-da Konqresə aralıq seçkilərində Demokratlar qalib gəlsələr, bir məsələ Trampın İrana qarşı siyasətində problemli nüanslar ortaya çıxa bilər. Yəni əgər ABŞ İrana qarşı birbaşa müharibə etmək istəsə, bu zaman mümkündür ki, Trampın qarşısında çətinlik yaransın. Amma düşünmürəm ki, Tramp İrana qarşı təkbaşına müharibə etsin. Hal-hazırda görünür ki, Tramp Səudiyyə Ərəbistanı ilə bağlı bu məsələlərdə tələsir.

Mən bir daha vurğulamaq istəyirəm ki, ABŞ İrana müharibə elan etmək ərəfəsindədir. Amma bu müharibə çox böyük ehtimalla dolayı yolla olacaq. Yəni Ərəb dövlətlərindən kimsə və yaxud da İsrail İrana qarşı müharibə elan edəcək. ABŞ da İrana müharibə elan edən dövləti dəstəkləyəcək. Həmçinin mümkündür ki, Tramp İrana qarşı müharibəni koalisiya formasında təşkil etsin və bunu BMT Təhlükəsizlik Şurasına çıxarsın və BMT Təhlükəsizlik Şurasına çıxarsından qərar alsın. Artıq Çin ABŞ-ın İranla bağlı sanksiyalarına əməl edir. Rusiya tərəfdarı olmasa da, ehtimal var ki, BMT-də səs vermə zamanı neytral olsun. Çünki İranla Rusiya arasında da müəyyən problemlər var.

Bütün bunlara görə də bir daha qeyd edim ki, aralıq seçkilərində Demoktarların qalib gəlməsi, Trampın planlarına elə də ciddi maneçilk törətməyəcək.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Ən çox oxunanalar