Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidentliyinə namizəd Beto O Rurk 6,1 milyon dollardan artıq vəsait toplayıb

Ötən həftə ABŞ prezidenti postuna iddia edən tanınmış demokratların sırasına Texasdan olan sabiq konqresmen Beto O Rurk da qoşulub

Beto O’Rurk özünün prezident kampaniyasının ilk günü ərzində 6,1 milyon dollardan artıq vəsait topladığını bəyan edib. Bu, bütün demokrat-iddiaçılar arasında rekord məbləğdə ianədir. O bildirib ki, cəmi 24 saat ərzində amerikalılar bütün ölkə üzrə bir yerə toplaşaraq, prezident seçkiləri üçün kütləvi kampaniyanın keçirilməsinin mümkün olduğunu sübut ediblər. Bununla yanaşı, konqresmenin qeyd etdiyi kimi, o, ianəni ABŞ-ın sadə vətəndaşlarından alıb və bu işdə marağı olan müxtəlif böyük donorlardan, korporasiya və şirkətlərdən təzminat toplayan, həmin vəsaiti seçkiqabağı kampaniyalarda müvafiq siyasətçilərə təqdim edən Siyasi Fəaliyyət Komitəsinin ianələrindən imtina edib.

Beto O’Rurk bildirib ki, o, 2020-ci ildə ABŞ prezidenti postuna seçkilərdə iştirak etmək niyyəti barədə bəyan etdiyi günün sabahı - bazar ertəsi 6136763 dolları onlayn-ödəmə şəklində alıb. Bu məbləğ hətta Berni Sandersin də rekordunu yeniləyib. O’Rurk özünün kampaniyası çərçivəsində artıq Miçiqan, Viskonsin, Ohayo və Pensilvaniya seçiciləri ilə görüşlərdə iştirak edib. (AzərTAc)

pia.az


Etiket: Beto O Rurk

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar