Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ mediası: Ukrayna müharibəsi Bayden və Putin arasında şəxsi hesablaşmaya çevrilib

Co Bayden Putinin son ümidini məhv etdi: ABŞ prezidenti niyə gözlənilmədən Kiyevə gəldi?..

Amerika mediasında Baydenin Kiyevə səfəri Ukraynadakı müharibəni iki prezident arasında şəxsi münaqişəyə çevirilməsi kimi yozulur.

Poliqon.info xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya səfər etməsi Anerika mediasının əsas gündəm müzakirəsinə çevrilib.

Amerika mediası və aparıcı ekspertlər yazır ki, ABŞ prezidenti Co Baydenin bazar ertəsi Kiyevə səfərinin əsas məqsədi Rusiya və Ukraynanın müttəfiqlərinə ABŞ-ın Kiyevi müharibədə tam qələbə çalana qədər dəstəkləməyə hazır olduğunu nümayiş etdirməkdir. Səfər həm də Ukraynadakı müharibəni iki prezident arasında şəxsi münaqişəyə çevirən və Baydenin birbaşa Putinə meydan oxuması kimi yozulur.

The New York Times yazır ki, Baydenin Kiyevə səfəri Putinin Federal Məclisə mesajı ərəfəsində Kremlə siqnal kimi qiymətləndirilə bilər. Baydenin Varşavada çıxışı da fevralın 21-də gözlənilir ki, bu da istər-istəməz iki çıxışın qiyabi polemika kimi qəbul edilməsinə səbəb olacaq. NYT-nin müəllifləri Bayden və Putin arasındakı münasibəti Kennedi və Xruşşovun dövründən bəri super güclərin liderləri arasında bəlkə də ən şəxsi münaqişə kimi görürlər.

Politoloq Tatyana Stanovaya hesab edir ki, Kreml Baydenin səfərini Birləşmiş Ştatların nəhayət Rusiyanın müharibədə strateji məğlubiyyətindən xəbər tutduğunun və müharibənin özünün dönməz şəkildə Rusiya ilə Qərb arasında müharibəyə çevrildiyinin daha bir sübutu kimi qəbul edəcək.
The Atlantic-in köşə yazarı Ann Applebaumun fikrincə, Baydenin Moskvaya mesajı budur ki, təşəbbüs son nəticədə Ukrayna və onun müttəfiqlərinin əlinə keçir.

Kiyevə səfər kardinal əhəmiyyət kəsb edən strateji addımdır, çünki bu səfərlə Bayden faktiki olaraq Putinə Moskvanın hadisələrin qarşısını ala bilməyəcəyini nümayiş etdirir”, deyə The Atlantic müəllifi, Cons Hopkins Universitetinin professoru Eliot Koen yazır. Koen bildirib ki, Kiyevə səfəri ilə ABŞ prezidenti münaqişəni uzatmaqla Putinin qələbəyə olan son ümidini də məhv etdi.

The Wall Street Journal-ın müxbiri isə hesab edir ki, Kiyevə səfər Qərb ölkələrinin ictimai platformasına Ukraynanı dəstəkləmək fikrini qaytarmaq məqsədi daşıyır.

“Ukraynanın bəzi müttəfiqləri müharibədən yorulmağa və Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsi ilə sülh yolu ilə nizamlanma təklifləri verməyə başlayıb. Digər tərəfdən Amerika ictimaiyyəti arasında Ukraynaya dəstək bir qədər azalıb”, The New York Times qəzetinin jurnalisti qeyd edir.

The Washington Post” yazır ki, Baydenin Kiyevə səfəri Ağ Evin uzunmüddətli perspektivdə Ukraynaya qlobal dəstək axtarmağı planlaşdırdığına dair aydın siqnaldır.

ABŞ prezidentinin səfərini Kiyevin ən fəal müttəfiqlərindən biri kimi çıxış edən Litva və Polşa rəsmiləri də oxşar şəkildə şərh ediblər. Litva prezidenti Gitanas Nauseda CNN-ə bildirib ki, Bayden Ukraynanın tərk edilməyəcəyini nümayiş etdirib və müttəfiqləri arasında birlikdən danışır.

Polşa prezidentinin müşaviri Marcin Pşidaç CNN-ə bildirib ki, Bayden Ukraynanın müharibədə qalib gələ biləcəyinə dair aydın siqnal verib və Vaşinqton və digər müttəfiqlərinin birliyini nümayiş etdirib
.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bazar ertəsi gözlənilmədən Kiyevə gəlib. CNN-in məlumatına görə, səfər gizli şəkildə hazırlanıb, Rolling Stone-a görə, Bayden Zelenski ilə Lvovda və ya Polşa sərhədində görüşə bilərdi, lakin o, Kiyevə səfər etməkdə israrlı olub.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, ABŞ prezidentinin Avropaya getməsinə saatlar qalmış Co Baydenin Kiyevə səfəri barədə Vaşinqton Moskvanı məlumatlandırıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

İran qorxuya düşüb: Tehran İsrailin bu qədər irəli gedəcəyini gözləmirmiş...

NATO-da yeni dönəm: Müharibənin kritik anında vəzifəyə gələn Rüttedən nə gözlənilir?..

Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakıda məktəbdə partlayış - xəsarət alan var - Yenilənib

Ən çox oxunanalar