ABŞ prezidenti Co Bayden administrasiyası və ABŞ kəşfiyyat rəsmiləri İsrailin yazın sonu və ya yazın əvvəlində Livana qurudan müdaxilə planlarından narahatdırlar...
Poliqon xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, İsraildə yekun qərar hələ qəbul edilməyib, lakin Bayden administrasiyası daxilində narahatlıq o qədər kəskindir ki, işğal ehtimalı administrasiya rəsmiləri üçün kəşfiyyat brifinqlərinin mövzusuna çevrilib.
CNN-in həmsöhbətlərindən birinin sözlərinə görə, rəsmilər İsrailin hərbi əməliyyatının yaxın aylarda, bəlkə də bu gələn yazda baş verəcəyi ehtimalı ilə fəaliyyət göstərirlər. O qeyd edib ki, İsrailin hərbi əməliyyatı tamamilə mümkündür.
Kanalın mənbələri əlavə edib ki, İsrail hökuməti və ordusunda işğalın tərəfdarı olan insanlar var və bu, miqyasını təsəvvür etmək çətin olan ciddi eskalasiyaya səbəb ola bilər.
Bundan əvvəl Axios məlumat vermişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağının yerli sakinlərinə humanitar yardımın qurudan həyata keçirilməsinin çətinləşməsi səbəbindən hərbi təyyarələrdən istifadə etməklə çatdırılması imkanını nəzərdən keçirir.
Poliqon.info