Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hücumdan sonra hərəkətə keçir - Conson Ukrayna və İsrailə yardım sözü verib...

İranın İsrail ərazisinə zərbələr endirməsindən sonra ABŞ Ukrayna və yəhudi dövlətinə yardım göstərmək üçün qanun layihəsinin qəbuluna nail olmağa lazımi səyləri göstərəcək...

Poliqon xəbər verir ki, bu barədə ABC News telekanalı ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadən məlumat yayıb.

Conson Respublikaçılar Partiyasının İsraili dəstəkləməyin vacibliyini anladığını vurğulayıb.

"Bu paketin son təfərrüatları hazırda işlənir. Biz bütün variantlara və onların həyata keçirilməsi ilə bağlı əlavə suallara baxırıq. Bu həftə paketi yenidən nəzərdən keçirməyə çalışacağıq", deyə Conson bildirib.

"Bütün liderlər arasında İsrailə və Ukraynaya kömək etməli olduğumuz barədə konsensus var və indi ümid edirəm ki, biz bunu həll edib gələn həftə həyata keçirə bilərik. Bu, Ukraynanın gələcəyi, İsrail və Qərb üçün həyati əhəmiyyət kəsb edir", deyə Senat çoxluğunun lideri Çak Şumer bildirib.

Bundan əvvəl Amerika prezidenti Co Bayden ABŞ Konqresinin partiya liderləri ilə İsrailə yeni yardım barədə razılığa gəlməyin zəruriliyini müzakirə edib.

Bildirilir ki, Bayden İranın İsrailə "görünməmiş hücumunu" müzakirə etmək üçün Senatın Demokrat və Respublikaçı liderləri, Respublikaçılar Nümayəndələr Palatasının spikeri Mayk Conson və Demokratik Azlıqların lideri Hakim Ceffries ilə telefonla danışıb. Prezident ABŞ-ın İsrailə yeni yardımı üçün qanun layihəsinin təcili qəbul edilməsi zərurətini müzakirə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Afət Fərmanqızının oğlunun toyundan görüntülər

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

“Hizbullah” döyüşçüləri İsrailə sızmaq üçün deltaplanlardan istifadə edib

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay