ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus helikopter İraqda qəzaya uğrayıb
Oxu.Az xəbər verir ki, bununla bağlı alyansın “Twitter” hesabında məlumat yerləşdirilib.
Məlumatlara görə, hadisə nəticəsində bir hərbi qulluqçu ölüb, üçü nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
“Newsweek” hadisə zamanı ABŞ-ın “MH-60 Blackhawk” helikopterinin qəzaya uğradığını bildirib.
Hadisənin səbəbləri məlum deyil. (oxu.az)
pia.az