Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AAYDA-nın əməkdaşı jurnalistə hücum etdi: “Əcəb edirik” - Video

Yasamal rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarının Qələbə dairəsindən başlayaraq yolboyu ağacları dibindən çıxardığı bildirilir...

Bu barədə Toplum TV-nin reportajında bildirilib.

Agentliyin özünü təqdim etməyən əməkdaşı ona yönləndirilən suala əvvəlcə imtina edib, daha sonra isə on hücum eidb və çəkilişə mane olmağa cəhd edib. Əməkdaş əl-qol hərəkətləri ilə jurnalisitn fəaliyyətinə maneə olmağa və texniki vasitələri onun əlindən almağa çalışıb.

“Yeri get o yana. Sən məni alladırsan, yeri get o yana. Sən kimsən ki? Söndür, dartıb qıraram”, - jurnalistin mikrofonu əlindən almaq istəyən əməkdaş deyib.
Jurnalistin “Ağacları niyə çıxarırsınız” sualına isə əməkdaşın cavabı belə olub:
“Az, əcəb eləyirik”.

Məsələ ilə bağlı AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həmin ağaclar müxtəlif ərazilərə köçürülür.
Ekoloq Sadiq Həsənov isə indi ağacların inkşaf dövrü olduğu üçün ağaclarının yerinin dəyişilməsininn doğru olmadığını deyib:

“İndi ümumiyyətlə ağacların vegetasiya dövrüdür. Ağaclar nə vaxt budanır, yaxud yeri dəyişilir? Bu əsasən payız aylarında ağacın yarpaqlarının töküldüyü vaxtdan başlayaraq, fevral ayına qədər davam edir. İndi artıq bu ağacların inkşaf dövrüdür və bu dövrdə ağacların nə yerinin dəyişilməsi, nə də budanması hadisəsi olmamalıdır. Bu ağaclara həddindən artıq zərər verir və sonradan onların qurumasına səbəb olur”.(yeniavaz.com)

Poliqon.info


Etiket: AAYDA ağac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar