Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Mərkəzi Seçi Komissiyası (MSK) artıq pozuntu qeydə alınan dairələrlə bağlı araşdırmalara başladığını deyib...

Bir neçə gün öncə MSK sədri Məzahir Pənahov demişdi ki, dairələrdən daxil olan şikayətlərə 20 gün ərzində baxıla bilər.

Artıq bəzi dairələrdən MSK-ya şikayətlər göndərilib. 

Bundan başqa, sosial mediada açıq saxtakarlıqla bağlı çəkilən görüntülər də namizədlər tərəfindən sənədləşdirilərək MSK-ya təqdim edilir. 

9 saylı Binəqədi II Seçki Dairəsindən olan namizədlərin "Arqument.az"a dediyinə görə, bu dairədə də kütləvi saxtakarlıqla müşahidə olunub və sosial mediada geniş yayılıb.

Buna rəğmən, Yeni Azərbaycan Partiyasından olan namizəd Kəmaləddin Qafarova  16311 səs yazılıb. Bu da digər namizədlərin hanısının birlikdə topladığı səsdən dəfələrlə çoxdur. 

Namizədlərdən biri "Arqument.az"a bildirib ki, ATƏT-in Müşahidə Missiyası da bu dairədə kütləvi saxtakarlığın şahidi olub və qeydiyyat aparıb. 

Hələlik faktları topladıqlarını deyən namizədlər bildiriblər ki, yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək. 

Onlar hesab edirlər ki, dairənin favorit namizədi Kəmaləddin Qafarov deyil, bitərəf Elmira Fərzəiyeva (2060 səs) və AMİP-dən Əli Orucovdur (1457 səs), amma Qafarova 16311 səs yazılıb. 

Bildirilir ki, Qafarova yazılan səslərlə dairədəki seçici fəallığı ciddi ziddiyyət təşkil edir. Yəni həmin dairədə seçici fəallığ DSK tərəfindən ciddi şəkildə şişirdilib. Ona görə də həmin dairədə nəticələrin ləğv edilməsi həm də beynəlxalq müşahidəçilər üçün "demokratik seçki görüntüsü" yaratmağa hesablana bilər. 

Məsələ ilə bağlı MSK-dan münasibət öyrənmək mümkün olmayıb. 

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Ən çox oxunanalar