Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

60 yaşdan yuxarı vəkillər üzvlük haqqından azad edildi

Koronavirusla mübarizə sahəsində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti əlavə preventiv tədbirlər barədə qərarlar qəbul edib...

Qurumdan daxil olan məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın 23.03.2020-ci il tarixli qərarını nəzərə alaraq Vəkillər Kollegiyası Rəyasət Heyəti aşağıdakıları qərara alıb:

60 və daha yuxarı yaşlı vəkillər karantin dövründə üzvlük haqqından azad olunsunlar;

Karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər vəkil qurumlarında növbətçiliyə cəlb olunmasınlar;

Bütün vəkillər öz müvəkkilləri ilə, habelə digər şəxslərlə ünsiyyətdə İKT texnologiyalarından və elektron rabitə vasitələrindən istifadəyə üstünlük versinlər; Karantin dövründə müqavilələrin elektron qaydada bağlanılmasına icazə verilsin (müqavilələr imzalandıqdan sonra skan edilməklə tərəflər arasında elektron poçt və ya digər elektron üsullarla göndərilməklə);

Vəkil qurumları iş rejimlərini maksimum dərəcədə məhdudlaşdırsınlar;

Zəruri hallarda vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı və vəkil qurumları vətəndaşlara vəkillərin elektron reyestri vasitəsilə vəkil seçmək imkanlarını izah etsinlər;

Qətimkan tədbirinin seçilməsi ilə bağlı işlər əgər 60 və daha yuxarı yaşlı vəkillərin icraatında olarsa və bu işlər karantin dövrünə düşərsə, müvəkkilin konfedisiallıqla bağlı razılığı alınaraq həmin işlər vəkil qurumlarının digər vəkillərinə həvalə edilsin;

Vəkillərə özünüqoruma vasitələrindən - maskalardan, antibakterial mayelərdən istifadə etmələri bir daha bildirilsin; Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı tanış olmaları üçün bu qərarı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin diqqətinə çatdırsın. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar