Çin Afrikaya on milyardlarla dollar sərmayə qoymaq niyyətindədir...
Çin prezidenti Si Tsinpin Pekində keçirilən sammitdə Afrikaya 50 milyard dollardan çox investisiya və ən azı bir milyon iş yeri vəd edib.
Poliqon xəbrə verir ki, bu barədə NBC News telekanalının məlumatında bildirilib. Telenala qeyd edir ki, bu, qitədə ABŞ və Çin arasında nüfuz uğrunda artan mübarizə fonunda baş verir.
50-dən çox Afrika lideri Çin-Afrika Əməkdaşlıq Forumu üçün Çin paytaxtında toplaşıb. Telekanal qeyd edir ki, Pekin Tiananmen Meydanında Afrika bayraqlarının dalğalandığı və fəxri qarovulların, qırmızı xalçaların salındığı mərasimlər və yüksək səviyyəli qonaqlar üçün çıxışlarla qonaqları üçün möhtəşəm ziyafət təşkil edib. Şəhər ətrafında “Çin və Afrika üçün ortaq gələcək” şüarları yazılmış plakatlar və reklam lövhələri asılıb.
Si Afrika liderlərinə qarşıdakı üç il ərzində təxminən 51 milyard dollar, o cümlədən 30 milyard dollar kredit xətti, Çin şirkətlərindən 10 milyard dollar investisiya və hərbi yardım daxil olmaqla digər məbləğlər vəd edib. Çin lideri həmçinin Pekinlə diplomatik əlaqələri olan bütün Afrika ölkələri ilə ikitərəfli münasibətlərin strateji səviyyəyə qaldırılmasını təklif edib.
NBC News vurğulayır ki, forum Çinə Afrikada təsirini gücləndirmək imkanı verib. Tədbirdə Tayvanla diplomatik əlaqələr saxlayan 12 ölkədən biri olan Esvatini istisna olmaqla, bütün Afrika dövlətlərinin nümayəndələri iştirak edib.
NBC News onu da qeyd edir ki, sürətlə artan 1,5 milyard əhalisi və bol təbii ehtiyatları ilə Afrika ABŞ və digər dünya gücləri üçün strateji əhəmiyyət kəsb edir. Lakin qitə həm də yoxsulluq, iqlim dəyişikliyi və geosiyasi qeyri-sabitlik problemləri ilə üzləşdiyi üçün böyük iqtisadiyyatlar tərəfindən diqqətdən kənarda qaldığını hiss edir.
Yaşıl texnologiyada qlobal lider olan Çin, ABŞ və digər ölkələrdə məhdudiyyətlərin sərtləşdirilməsi fonunda Afrikanı ixracat üçün potensial bazar kimi nəzərdən keçirir.
Poliqon.info