Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“5 min manat ver, səni gömrükdə işə düzəldim...”


Bu gün Bakı şəhəri üzrə axtarışa verilən hər 3 nəfərdən 1-i CM-in 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Bu barədə hüquq-mühafizə orqanlarının rəsmi məlumatında deyilir


27 yaşlı Bakı sakini Ceyhun Rzayev də həmin dələduzluq maddəsi ilə ittiham olunan şəxslərdən biridir.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, heç yerdə işləməyən C.Rzayev dələduzluq əməllərini həyata keçirmək, tora salacağı potensial qurbanlarının etimadını qazanmaq üçün maraqlı üsullara əl atıb. O, ciddi adam təsiri bağışlamaq üçün rəsmi geyim tərzinə keçib, özünə kreditlə “KİA” avtomobili alıb, özünü hamıya ciddi dövlət qurumunun əməkdaşı kimi təqdim edib. Özü də hər dəfə bir dövlət idarəsinin adını çəkməklə.

C.Rzayev aldadıb ələ aldığı adamları əsasən “nüfuzlu yerlərdə işə düzəltmək” vədi ilə tovlayıb. Bu “xidmətinə” görə də adətən 3-5 min manat arasında “şirinlik” istəyib.

C.Rzayevin qurbanlarının istintaqa verdiyi şahid ifadələrinə görə, o, aldatdığı adamları bir qayda olaraq məhkəmə və gömrük orqanlarında “işə düzəldir”, bunun ondan ötrü “su içimi qədər asan iş olduğunu” deyirmiş. Pulu alandan sonra isə telefonlarını söndürüb yoxa çıxırmış.

Çoxdan bəri axtarışda olan C.Rzayev dünən Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən nəhayət ki, saxlanılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilib. Onun təkcə Xəzər rayonunda 6 nəfərə qarşı dələduzluq etməsi faktı müəyyən olunub. Yasamal RPİ əməkdaşları isə C.Rzayevin bu rayonda da dələduzluq etməsi faktlarını araşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar