Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 uşağın zəhərləndiyi KFC restoranı niyə yoxlanılmır?


"KFC-də zəhərlənən uşaqlarla bağlı apardığımız araşdırmaların nəticələrini Azərbaycan Dəmir Yolu QSC-yə göndərmişik"


Bu sözləri AzToday.az-a açıqlamasında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildiridi. Onun sözlərinə görə, KFC restoranın yerləşdiyi ərazi Dəmir Yolu ASC-nin ərazisi olduğu üçün orada yoxlama aparmaq səlahiyyətləri yoxdur. Dəmir Yolu ACS-yə artıq müraciət emişik. Dəmir Yolunun müvafiq qurumu tədbirlər görməlidir". 

İmran Abdullayev KFC-də zəhərlənən uşaqların səhhətinin yaxşılığa doğru irəlilədiyini də sölərinə əlavə etdi: “Zəhərlənən uşaqlardan birinin valideyni bizə müraciət edərək, uşaqların məhz KFC-də qidalanandan sonra zəhərləndiyini deyib. Sentyabrın 14-də 3 uşaq - Mirzəzadə Rəfael (4 yaş), Elgün Həsənzadə (10 yaş), Mövlanə Bayramlı (7 yaş) Nəsimi rayonu ərazisində yerləşən KFC-də qidalanıblar. Onlar ishal və qusma ilə sentyabrın 15-də 1 nömrəli infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. Rəfael Mirzəzadəyə qastroenterit diaqnozu qoyulub. Onun mədəsi yuyulub və xəstəxanada saxlanılıb. Digər uşaqların ailələri isə xəstəxanada saxlanmasını istəməyiblər. Lakin ayın 17-də digər iki uşağın da vəziyyəti pisləşib və onlar təkrar xəstəxanaya yerləşdirilib. Xəstələrin qusma və ishal nümunələrindən aparılan laborator müayinələr nəticəsində klipsella bakteriyaları aşkarlanıb. Hazırda uşaqlar xəstəxanadadır”.

İ.Abdullayev onu da vurğuladı ki, bu bakteriya qidadan keçir və onun aşkarlanması uşaqların məhz qidadan zəhərləndiyini sübut edir: “Eyni qidadan 100 nəfər yesin, ancaq onlardan bir neçəsi zəhərlənsin. Bir nəfər zəhərlənsəydi, bu zaman qida faktorunu inkar etmək olardı. Lakin 3 nəfər eyni vaxtda, eyni qidanı qəbul edirsə, onlarda bu bakteriya aşkarlanırsa, bu, həmin şəxslərin məhz qidadan zəhərləndiyini göstərir”.

Qeyd edək ki, xəbər mətbuatda yayılan gün KFC şirkətindən verilən məlumatda fakt təsdiqlənmiş və araşdırılıb məlumat yayılacağı deyilmişdi. Daha sonra restoran rəhbərliyi məsuliyyəti üzərindən atmağa başlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Ən çox oxunanalar