Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

24 aprel yaxınlaşarkən ABŞ Konqresində yeni qondarma soyqırım qanunu hazırlanır...

Məqsəd ABŞ məktəblərində qondarma soyqırımın tədrisini əsas fənnə çevirəcək bir tənzimləmə etməkdir...

Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 12 aprel 2022-ci il

Hər il aprelin 24-ü gələndə ABŞ prezidentlərinin qondarma soyqırımla bağlı verəcəyi bəyanat maraq doğururdu. Ta ki, keçən ilə qədər. Baydenin ötən ilki çıxışında “soyqırım” ifadəsindən istifadə etməsi ilə problem yeni bir mərhələyə keçdi.

Türkiyəyə qarşı Demokl qılıncı kimi istifadə edilən bu bəyanatın təzyiqi sona çatsa da, yeni qərar və təcrübələrə təkan verəcəyi açıq-aydın görünürdü. Onlardan biri hazırda ABŞ Konqresinə və əgər qəbul olunarsa, prezident Baydenin təsdiqinə təqdim edilmək üçün hazırlanır.

Yeni qanun layihəsinin adı “Erməni Soyqırımı Maarifləndirmə Proqramı”nın dəstəklənməsidir. Amerika Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə irəli sürülən və ilk olaraq deputatlar Karolin Maloni və Qus Bilirakis tərəfindən hazırlanan qanun layihəsinin hüquqi əsasını 2019-cu ildə ABŞ Senatında qəbul edilmiş H.Res.296 və S.Res.150 qətnamələri təşkil edir. Bura həm də qondarma soyqırımın tədrisi və bu barədə ictimai rəyin yaradılması daxildir.

ANCA prezidenti R. Hamparian deyib ki: “Bu federal qanun amerikalıları soyqırım təhlükəsi barədə xəbərdar etmək və gələcək nəsillərin bundan öyrənib faydalanmasını təmin etmək məqsədi daşıyır”.

Türkiyənin müvafiq təşkilatları bu cəhdlərə qarşı necə işləyir, bilmirəm, amma qanun layihəsini dəstəkləyən Konqres üzvləri günü-gündən artır.

Qəbul edilsə, 5 il ərzində Konqres Kitabxanasına 10 milyon dollar vəsait ayrılacaq və qondarma erməni soyqırımı ilə bağlı maarifləndirmə məqsədləri üçün istifadə olunacaq. Mətndə “ermənilər, yunanlar, assurlar, xaldeylər, süryanilər, aramilər, marunilər və digər xristianlar” ifadəsi yer alır.

Məhz bu mərhələdən sonra məqsəd ABŞ məktəblərində qondarma soyqırımın tədrisini əsas fənnə çevirəcək bir tənzimləmə etməkdir. Bununla bağlı bəzi ştatlarda qismən addımlar atıldığı məlumdur. ABŞ-ın Kolumbiya Universitetində (2000-ci ildə nəşr olunmuş) namizədlik dissertasiyasında: “Ştat qanunverici orqanları üçün İnsan Hüquqları və Soyqırım Proqramı Strategiyası” qeyd olunur. Burada 6 mərhələ nəzərdə tutulub. Beşinci və altıncı mərhələdə əvvəlcə müəllimlərin hazırlanması, sonra isə müvafiq resursların təhsil sisteminə daxil edilməsi var.

Bu proseslər sürətlənərsə, Türkiyənin orta və uzunmüddətli perspektivdə qarşılaşacağı problemlər göz ardı edilməlidir...

Hədəfləndiyi kimi bu fənnin məktəblərdə yalnız erməni tezislərinə uyğun olan kurikulumla uşaqlara öyrədilməsi gələcəkdə Türkiyəyə qarşı qərəzli, hətta düşmənçilik edən nəsillərin yetişməsinə şərait yaradacaq. Etiraf etmək lazımdır ki, bu təhlükə bəzi ölkələrin assambleyalarında qəbul edilən qanunlardan daha vacibdir.

Bəs belə bir təhlükə qarşısında Türkiyənin müvafiq qurumları həm öz tezislərimizi irəli sürmək, həm də bu mərhələləri dayandırmaq üçün hansı addımları atır?..

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar