Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü il Davosdan necə görünür?

Davos Dünya İqtisadi Forumunda baş verənlər və aparılan müzakirələr...

İqtisadçı-ekspert: “Davos İqtisadi Forumu dünyanın yaxın hətta orta prespektivdə inkişaf istiqamətlərini müəyyənləşdirir. Açığı bu dəfə Davos Forumunda yeni mövzular açılmadı”.

“Amma ümumi trendlər maraqlı idi. Trendlər də ondan ibarətdir ki, dünyanın logistik yollarına nəzarət edilməsi uğrunda ciddi mübarizə başlayır və bu çıxışlardan da aydın görünürdü”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli keçirilən Davos Dünya İqtisadi Forumunu Poliqon-a şərh edərkən qeyd edib.

Bu il Davos Dünya İqtisadi Forumunda baş verənləri, aparılan müzakirələri necə dəyərləndirmək olar? Adətən hər il Davosda ilin necə keçəcəyinin ipucları verilir. Davosda aparılan müzakirələrdən baxarsaq, 2024-cü il il necə görünür?

Davos İqtisadi Forumunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Məhz bu yeni logistik xətlərə nəzarət və ümumiyyətlə, alternativ logistik xəttlərin yaradılması, bunun uğrunda mübarizə yaxın illərdə əsas gündəm mövzularından biri olacaq”.

Son zamanlar Qırmızı dənizdə, Hörmüz boğazında, Aralıq dənizində və digər beynəlxalq logistika xətlərində olan problemlər alternativ yolların yaranmasını aktuallaşdırdığını vurğulayan ekspert az da olsa, Azərbaycan da bundan istifadə etmək şansının olduğunu da qeyd edib:

“Davos İqtisadi Forumu dünyanın yaxın hətta orta prespektivdə inkişaf istiqamətlərini müəyyənləşdirir. Açığı bu dəfə Davos Forumunda yeni mövzular açılmadı. Açılan mövzular son bir neçə ildə davam edən mövzular idi. Bunlar yaşıl enerjidən alternativ enerjiyə keçid, logistika yollarının optimallaşdırılması və sairədir.

Amma ümumi trendlər maraqlı idi. Trendlər də ondan ibarətdir ki, dünyanın logistik yollarına nəzarət edilməsi uğrunda ciddi mübarizə başlayır və bu çıxışlardan da aydın görünürdü. Alternativ enerjiyə keçid artıq müzakirə olunmur. Yəni trend var və bu trend uzun zaman davam edəcək. Amma yeni logistik yollar, dünya ticarətinin infrastruktur problemi müzakirə olunur.

Natiq Cəfərli: “Alternativ enerjiyə keçid artıq müzakirə olunmur. Yəni trend var və bu trend uzun zaman davam edəcək”.

Son zamanlar Qırmızı dənizdə, Hörmüz boğazında, Aralıq dənizində və digər beynəlxalq logistika xətlərində olan problemlər alternativ yolların yaranmasını aktuallaşdırır. Yeri gəlmişkən az da olsa, Azərbaycan da bundan istifadə edə bilər. Çünki bizim Orta Dəhliz layihəsində yer almaq fikrimiz var və bununla bağlı müəyyən addımlar da atılır.

Düşünürəm ki, məhz bu yeni logistik xətlərə nəzarət və ümumiyyətlə, alternativ logistik xəttlərin yaradılması, bunun uğrunda mübarizə yaxın əsas gündəm mövzularından biri olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar