Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 Yanvar faciəsi ilə bağlı Nərimanov rayonunda tədbir keçirilib

Nərimanov rayonunda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu il dönümü ilə əlaqədar rayon tədbiri keçirilib

20 yanval şəhid ailələrinin və 20 Yanvar əlillərinin iştirakı ilə keçirilən tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış etmişdirlər. İradə Mahmudova bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü il dönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında göstərildiyi bildirilmişdir.

Tədbirdə çıxış edən 20 Yanvar Cəmiyyəti sədrinin müavini Mustafa Əliyev o dəhşətli gecə ilə bağlı öz xatirələrini danışmışdır.

20 Yanvar şəhid ailələri adından çıxış edən Müxəstə Həsənova Azərbaycan xalqının qəhrəmanlığından danışaraq Dövlətin şəhid ailələrinə və əllilərə göstərdiyi qayğıya görə cəmiyyət üzvləri adından öz minnətdarlığını bildirmişdir.

Tədbir zamanı məktəblilərin hazırladığı kompozisiya nümayiş etdirilmiş, “Azərbaycan əsgəri”, “Vətən sənin şəhidlərin” mahnıları, qəhrəmanlıq haqqında şeirlər səslənmişdir.

Sonda 20 Yanvar şəhid ailələrinə və əlillərinə yardım göstərilmişdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar