Ötən həftə Səudiyyə Ərəbistanına köçən ulduz futbolcu Ər-Riyadda gözəl mənzərəsi olan kral dairəsində yaşayır…
“Mançester Yunayted”in keçmiş hücumcusu, Səudiyyə Ərəbistanının az tanınan peşəkar liqa komandası olan “Əl Nəsr”lə 400 milyon funt sterlinqlik müqavilə imzalayan Kriştianu Ronaldu Ər-Riyadın ən hündür binalarından biri olan “Kingdom Tower”də kral dairəsində yaşayır.
PİA.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, 37 yaşlı futbolçu “Kingdom Tower”in ən lüks nömrələrindən birində məskunlaşıb. 17 otaqlıq iki mərtəbəni əhatə edən nömrədə ailəsi, dostları və mühafizəsi yerləşib
Bildirilir ki bir ay müddətinə sifariş edilən “Kingdom Suite “ adlı nəhəng kral dairəsi bir ay müddətinə sifariş edilib və bu dairə 99 mərtəbəli binanın ən lüks nömrələrindən biridir. Nömrə iki mərtəbədən ibarətdir və orada qonaq otağı, şəxsi ofis, yemək otağı və media otağı da var.
Lüks nömrənin qiyməti isə otelin saytında göstərilməyib və qiymət ancaq nömrəni sifariş edənlərə açıqlanır.
Lakin Ronaldunun yerləşdiyi nömrədən daha kiçik bir nömrə haqqında haqqında otelin saytında məlumat var. “Prezident Suite” adlanan nömrəni onlayn sifariş etmək mümkündür və bu nömrədə bir gecə yaşamanın qiyməti 3300 funt sterliq təşkil edir.
Fotolar
Bir ay müddətində Ronaldu ailəsi ilə birlikdə daimi bir evə köçənə qədər, onun otel hesabının 250 min funt sterlinqdən çox olacağı təxmin edilir.
Həmçinin, məşhurluq statusuna görə bir çox tanınmış aşpazlar Ronaldo və ailəsi üçün eksklüziv yeməklər təklif edirlər. Otelin heyətindən isə ulduzla selfi çəkdirməmək tələb olunub.
Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ilə 2 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, portuqaliyalı hücumçu hər mövsümdə 75 milyon dollar qazanacaq.
pia.az