Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“133 bələdiyyə sədri məsuliyyətə cəlb edilib”

Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatı müzakirəyə çıxarılıb

Hesabat barədə Ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib. O qeyd edib ki, bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb: “Bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır.

Bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. İnzibati nəzarət icraatı qaydasında 31 araşdırma aparılıb, araşdırmaların bir qismində müraciətlərdə göstərilənlər öz təsdiqini tapmayıb və ciddi qanun pozuntuları müəyyən edilməyib.

Sənəddə bildirilir ki, 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanan materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.(qafqazinfo)

pia.az


Etiket: Bələdiyyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Bakıda zülmətə qərq olan yol təhlükə saçır - Video

Ən çox oxunanalar