Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Söyülmək dəbdir" - Ramal

Müğənni Ramal İsrafilov "X maqazin"in qonağı olub

Axşam.az-ın məlumatına görə, sənətçi özü ilə bağlı maraqlı açıqlama edib. O bildirib ki, vizajistlik qabiliyyəti var:

"Hətta bir dəfə Brilliant Dadaşovaya da saç-makiyaj etmişəm. Moskvada toyda idik, səhnəyə çıxmalıydı. Saç ustası da gəlməmişdi. Dedim, gəlin mən edəcəm. Etdim və bəyəndi də".

Ramal son günlər efirlərdə qonaq olan "bayağı" müğənniləri və səsləndirilən toy mahnılarını tənqid edib:

"Hərdən səslənən mahnıları eşidir, deyirəm, bəlkə mən də qayıdım o tərzə? Amma yox... Oxuduğum mahnıların altındakı şərhləri oxuyuram, görürəm ki, sevilirəm. Sənət dostlarıma demək istəyirəm ki, nə qədər sevildiklərini bilmək istəyirlərsə, girib yazılan şərhləri oxusunlar. Eşitmisəm ki, deyirlər, söyülürsən. Söyülmək dəbdir. Fikirləşirlər ki, söyülürsənsə, dəbdəsən. Bir, ikinci gün təhqir edirlər, sonra mahnını elə gözəl qarşılayırlar. Başlayır toyları gəlməyə.

Toyda hər şey oxumaq olar. Amma efirə çıxarmaq olmaz. Bəzi aparıcılar deyir ki, sən gəlmirsən, gör indi kimi çıxaracam verilişə. Mən də açıram kanalları, görürəm, bayağılar efirdədi. Bayağı musiqiçi efirə çıxacaq, tənqid ediləcək, bir həftə sonra seviləcək. Gəlib, Xalq artisti səviyyəsinə çatacaq. "Kitayski" oxumaq olmaz. Bir xanım qız var, partladır. Vaxtında, hamı deyirdi əyri geyinir. Ətrafına yığdı komanda və indi olub məşhur".

Ramal prodüser Tarix Əliyevin (Tolik) onun haqda dediyi "Qardaşının çılpaq qızları çəkib yaydığı videoya görə, ramalı toydan uzaqlaşdırdılar" sözlərinə münasibət bildirib:

"Məndən nə istəyirsən? Xətrini çox istəyirəm. Amma lazımdır ki, ad çəksin? Gündəmə mənlə gəlmək istəyir? Bütün günü gündəmdədir. Camaat onu sevir. Hərdən açıq, hərdən əyri danışır. Özüm olmasam da efirdə, tələbatlıyam".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Ən çox oxunanalar